Siraqəddin Cabbarov: Azərbaycan beynəlxalq hüququ və tarixi ədaləti bərpa edir

Siraqəddin Cabbarov: Azərbaycan beynəlxalq hüququ və tarixi ədaləti bərpa edir Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Moranlı kəndində keçirilmişdir

Siraqəddin Cabbarov: Azərbaycan beynəlxalq hüququ və tarixi ədaləti bərpa edir


Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Moranlı kənd inzibati ərazi dairəsini əhatə edən Sarxanbəyli, Bala Həşimxanlı və Moranlı kəndlərinin sakinləri ilə görüşüb. Səyyar görüş-qəbulda hüquq-mühafizə orqanlarının, aidiyyatı idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri, kənd sakinlər iştirak ediblər.

Qəbulda çıxış edən rayon rəhbəri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən və rayon ərazisində aparılan abadlıq-quruculuq işləri haqqında məlumat vermişdir. Ölkəmizdə və o cümlədən rayonda şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərilən diqqət və qayğıdan ətraflı danışmışdır.

“Açıq mikrofon” şəraitində keçən səyyar qəbulda vətəndaşlardan Abuzər İsmayılov, Roman Məmmədzadə, Aslan Mirəliyev və başqaları öz müraciət və təkliflərini dilə gətirmişlər.
Müraciətlər arasında avtomobil yollarının əsaslı təmiri, sahibkarlıq məqsədi üçün torpaq sahəsinin ayrılması və digər məsələlər üstünlük təşkil etmişdir.

Dinlənilən bu və digər məzmunlu müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb, bəziləri isə araşdırılaraq, qanunamüvafiq formada həll edilməsi üçün qeydiyyata götürülüb.

Sakinlər göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Siraqəddin Cabbarov: Azərbaycan beynəlxalq hüququ və tarixi ədaləti bərpa edirSiraqəddin Cabbarov: Azərbaycan beynəlxalq hüququ və tarixi ədaləti bərpa edirSiraqəddin Cabbarov: Azərbaycan beynəlxalq hüququ və tarixi ədaləti bərpa edir
Siraqəddin Cabbarov: Azərbaycan beynəlxalq hüququ və tarixi ədaləti bərpa edir


Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov - Sentyabırın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib. Məlumat üçün bildirim ki, bu beynəlxalq təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda təşkilatın 8 üzvü, 4 müşahidəçi üzvü və 9 dialoq tərəfdaşı var. Həmçinin İranın təşkilatın üzvlüyünə qəbul edilməsi, Misir, Qətər və Səudiyyə Ərəbistanının isə dialoq tərəfdaşı statusu almasına dair qərarlar artıq qəbul olunub. Azərbaycan hazırda Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddəki Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edib. Prezident İlham Əliyev Sammitdə çıxış edib. Ölkə başçısı çıxışında bir çox məsələrə toxunaraq, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı olaraq inkişaf etdiyini, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsində sanballı töhfələr verdiyini, Azərbaycanın 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malik olduğunu, Bakı Gəmiqayırma Zavodunun bütün növ gəmilər istehsal edə bildiyini, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinin olduğunu və bu, ildə 25 milyon tona qədər artırılacağını və bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzitin 50 faizə yaxın artdığını söyləyərək, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edildiyini, bu gün Azərbaycanın 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkildiyini, Azərbaycanın 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından biri olduğunu, 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayının 9-a çatdırılacağını bildirdi.
Qeyd edim ki, regionun nəqliyyat arteriyalarının daha da şaxələnməsi üçün Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsindən sonra daha geniş imkanlar yaranıb. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və Zəngəzur dəhlizinin açılması ilə bu imkanlar daha da artacaq. Zəngəzur dəhlizi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların həcmi dəfələrlə artacaq. Dəhlizin regionda yeni nəqliyyat imkanları yaratması Avropa ilə Asiyanın daha sıx birləşməsini təmin edəcək və bu birləşmənin geosiyasi əhəmiyyətini yüksəldəcəkdir.
Prezident İlham Əliyev çıxışında söylədiyi ən mühüm məsələlərdən biri də cari ilin 13 sentyabr tarixində Ermənistanın Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətməsi ilə bağlı oldu. Ölkə başçısı çıxışında Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə aldığını, Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbə vurduğunu, buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü söyləyərək, Azərbaycanın Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim etdiyini, ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində iş aparıldığını bildirdi.
Ölkə başçısı bir daha qeyd etdi ki, biz beynəlxalq hüququ və tarixi ədaləti bərpa edirik, Qarabağ münaqişəsini özümüz hərbi-siyasi yolla həll edib, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edirik.

Oxşar xəbərlər