Yaxın günlərdə və ya uzağı bir həftəyə Azərbaycan Qarabağda daha bir neçə yaşayış məntəqəsinə nəzarəti bərpa edəcək. Bununla da separatçı-quldurların arealı bir az da daralacaq. Söhbət 10 noyabr üçtərəfli sənədi əsasında alternativ Laçın yolunun işə düşməsi ilə bizə təhvil verilməli olan ərazilərdən gedir.
Beləcə, kapitulyasiya aktının bəndləri bir-bir reallaşdıqca torpaqlarımızda 30 ildən çoxdur at oynadan kriminal ünsürlərin dövranı da sona, Azərbaycan dövləti isə öz əsas hədəfinə yaxınlaşır. Bu isə həm də o anlama gəlir ki, yaxın zamanlarda, hələ Rusiya sülhməramlı kontingentin səlahiyyət müddəti bitənədək - 2025-ci ilədək Qarabağ anklavındakı ermənilər öz seçimlərini etməli olacaqlar.
Doğrudur, bu heç də asan olmayacaq. Ən azı o səbəbə ki, separatçı rejim ötən illər ərzində əlindən gələni edib ki, orda əli silah tutan ermənilərin mütləq əksəriyyəti Azərbaycan dövlətinə qarşı hansısa cinayətə bulaşsın. İstisna deyil ki, “qızıl amnistiya”ya ehtiyac yaranacaq.
Hələliksə, nə qədər ki, qanunsuz silahlı dəstələr ərazimizdən çıxarılmaq əvəzinə, oradakı rus hərbi kontingentinin himayəsi altındadır, erməni mülki əhalinin tezliklə və kütləvi şəkildə Azərbaycan vətəndaşlığını qəbul edəcəyindən danışmağa dəymir. 10 noyabr sənədinin 4-cü bəndi reallaşandan sonra isə vəziyyət, əlbəttə, başqa olacaq. Çünki orada yaşayan erməni anlayacaq ki, Rusiya hərbçiləri də müvəqqətidir.
Rusiya kontingenti isə rusiyalı analitiklərin də proqnoz elədiyi kimi, böyük ehtimalla 2025-ci ildən sonra Qarabağda qalmayacaq. Çünki Azərbaycan onların mandatını uzatmayacaq. Bəzi erməni siyasi avantüristləri iddia edirlər ki, guya Qarabağdakı erməni əhalinin tələbi ilə Rusiya sülhməramlılarını Fransa kontingenti əvəzləyə bilər. Sanki mifik “artsax” beynəlxalq hüququn subyekti imiş! Amma buna necə nail olacaqlar? İzah edə bilmirlər.
Azərbaycanın razılığı olmadan suveren ərazimiz olan Qarabağa hansı dövlət sülhməramlı adı ilə hərbçilər göndərə bilər ki? Lap Fransa və ya ABŞ olsun. Biz minlərlə şəhidi ona görə verdik ki, ermənilər torpaqlarımızda cəzasızcasına yenə istədiklərini eləsinlər? Əlbəttə ki, yox. Separatçıların qatarı çoxdan gedib, “status”, Minsk Qrupu çoxdan gorbagor olub. Geriyə heç vaxt dönüş olmayacaq.
Bunu ilk növbədə İrəvan rəsmiləri nə qədər tez anlayıb gerçəyi olduğu kimi qəbul eləsələr, bir o qədər öz xalqı üçün, illah da Qarabağda ilişib qalmış bir ovuc soydaşları üçün yaxşı olar. Əfsus ki, belə praqmatik yanaşmanı hələ görmürük. Əksinə, Ermənistan cəmiyyətində həm də hakim qüvvənin konstruktiv olmayan siyasətinin nəticəsi kimi Türkə nifrət ruhu güclü olaraq qalır. Bu da növbəti “isti” fakt.
Bu ilin iyul-avqust aylarında “Gallup İnternational”ın Ermənistanda keçirdiyi telefon sorğusunun nəticələrinə görə, respondentlərin 44%-dən çoxu Paşinyanla Ərdoğanın az öncəki telefon danışığına mənfi reaksiya verib. Belə ki, rəyi soruşulanların 34,6% hadisəni “son dərəcə mənfi”, 9,8% isə “kifayət qədər mənfi” qiymətləndirib. Respondentlərin 9,4%-i zəngləri “son dərəcə müsbət”, digər 21,8%-i isə “kifayət qədər müsbət” hesab elədiyini bildirib. 24,5%-i isə cavab verməkdə çətinlik çəkib.
Düzdür, bəzi pozitiv və kövrək gəlişmələr də var. Məsələn, srağagün Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində Ermənistanı təmsil edən vitse-spiker Ruben Rubinyan Türkiyədə baş vermiş faciəvi yol qəzası ilə bağlı başsağlığı verib. Rubinyan özünün tvitter səhifəsində yazıb: “Qaziantep və Mardində baş vermiş yol qəzaları nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını arzu edirəm”.
Rubinyan başsağlığı mesajını Türkiyənin danışıqlarda xüsusi nümayəndəsi səfir Serdar Kılıça və Türkiyə Xarici İşlər Nazirliyinə müraciətən yazıb. Keçən həftə isə Kılıç İrəvandakı “Sürməli” TM-dəki yanğın və tələfatla bağlı oxşar məzmunlu başsağlığı vermişdi.
Ancaq bunlar, sözsüz ki, iki xalq arasında etimad mühitinin yaranması üçün çox azdır.
“İndiyədək etimad mühitini təmin edən bəzi addımlar atılıb. Amma bu prosesi Azərbaycanla Ermənistan münasibətlərindən ayrı təsəvvür edə bilmərik. Cənubi Qafqazdakı əsaslı sabitlik həmin dövlətlərin imzaladığı sülh müqavilə nəticəsində təmin oluna bilər. Ermənistan regionda sülh və əməkdaşlıq istəyib-istəmədiyini konkret deməlidir”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib.
Nazir eyni zamanda ermənilərin hər yeri dağıtdığına diqqət çəkərək söyləyib: “Təəssüf ki, əvvəl olduğu kimi, ətrafı dağıdaraq geri çəkilirlər. Biz sülh istəyirik. Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır. Azərbaycan deyir ki, vətəndaşlığımızı qəbul edən ermənilər orada (Xankəndi və ətraf ərazilərdə - red.) yaşaya bilər, şərait yaradacağıq. Azərbaycan daha nə etsin? Azərbaycanın yeganə istəyi torpaqlarını geri almaq idi. Torpaqlarını azad etdi. İndi daimi sülh istəyir”.
Lakin Azərbaycan-Ermənistan sülh müqaviləsi necə reallaşa bilər, əgər hələ də kapitulyant ölkənin indiki konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası yer alırsa. Söhbət ilk növbədə Ermənistanın ölkəmizə qarşı torpaq iddiasını əks etdirən 23 avqust 1991-ci il Ermənistan Müstəqillik Bəyannaməsinin bütünlüklə konstitusiyada əks olunmasından gedir.
Yeri gəlmişkən, erməni xalqına yalnız faciələr bəxş eləmiş həmin bəyannamənin qəbulundan dünən düz 32 il ötdü. Bununla bağlı xalqa müraciətində isə baş nazir Nikol Paşinyan yenə “nala-mıxa” vurub. Bilmək olmur, o, gerçəkdən sülh istəyir, yoxsa müharibə.
Müraciətdən sitat: “Ermənistan üçün müstəqillik - qonşularla yaxşı nizamlanmış münasibətlər və digər dövlətlərlə isə möhkəm müttəfiqlik münasibətləri deməkdir. Bəzi qonşularla bizim əla münasibətlərimiz olsa da, digərləri ilə ciddi irəliləyiş yoxdur, çünki onlar bizdən çox yüksək bədəl tələb edir və ya hesab edirlər ki, biz onlardan çox şey istəyirik”.
Paşinyn ad çəkməsə də, şübhəsiz ki, Azərbaycan və Türkiyəni nəzərdə tutur. Gileyi də bu iki ölkəyə ünvanlanıb. Özü də tam əsassız yerə! Çünki hamı bilir ki, Bakı və Ankaranın İrəvandan tək tələbi sonuncunun beynəlxalq hüquqa sayğılı olub, nəhayət, Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanıması, ardınca öz konstitusiyasını buna uyğunlaşdırmasıdır.
Bunun indi harası “yüksək bədəl tələbi” oldu? Ermənistan nədən hələ də xəyallarla yaşayır? Ona görə ki, Nikolun ifadə elədiyi kimi, Ermənistan rəhbərliyi Bakı və Ankaradan həqiqətən “çox şey” istəyir. Bu isə heç vaxt həyata keçməyəcək. Odur ki, rəsmi İrəvan dəqiq bəyan eləməlidir: o, sülhdən yanadır, yoxsa... Ki, hamı öz işini bilsin.
“Yeni Müsavat”