Niyaz Bayramov haqqında bəzi jurnalistlərin ağlına nə gəldi onu da qələmə alırlar"

Niyaz Bayramov haqqında bəzi jurnalistlərin ağlına nə gəldi onu da qələmə alırlar Bəzi sayt rəhbərləri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyaz Bayramovdan nə istəyirlər?! Yel qayadan nə aparar?

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsə də sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhdəti özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi icra başçısıdı. Bu şəxs kimdir?

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyaz Bayramov haqqında bəzi jurnalistlərin ağlına nə gəldi onu da qələmə alırlar". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Qanuninfo.az-ın əməkdaslarının araşdırması nəticəsində sorğu keçirdik. Bir ağızla dedilər: Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyaz Bayramov ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır.

UNİCEF-in Azərbaycandakı nümayəndə heyəti Gəncə şəhərinə səfər edib

Niyaz Bayramov haqqında bəzi jurnalistlərin ağlına nə gəldi onu da qələmə alırlar"


Səfər çərçivəsində UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Heikens Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyaz Bayramovla görüşüb.

Görüşdə Niyazi Bayramov qonağın nəzərinə çatdırıb ki, respublikamızın hər bölgəsində olduğu kimi, Gəncə şəhərində də dövlət tərəfindən uşaqlara xüsusi diqqət və qayğı göstərilir. O bildirib ki, hazırda şəhərdə 42 Uşaq bağçası-Körpələr evi, 45 ümumtəhsil məktəbi, Uşaq Evi, Gəncə SOS Uşaq Kəndi, Körpələr Evi və digər təhsil müəssisələri fəaliyyət göstərir.

Niyazi Bayramov onu da qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə Gəncə Ermənistan silahlı qüvvələri tərəfindən bir neçə dəfə raket atəşinə məruz qalıb. Nəticədə 6-sı uşaq və yeniyetmə olmaqla 26 nəfər həyatını itirib, 29-u uşaq olmaqla ümumilikdə 130-a yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu hadisələr zamanı 3 ailənin üzvü olan 4 uşaq hər iki valideynini itirib. Bununla da Ermənistan bütün Beynəlxalq hüquq normalarını, o cümlədən Uşaq Hüquqları Konvensiyasını da pozmuş olur.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev çıxış edərək bildirib ki, hazırda Gəncə Şəhər İcra Hakimiyyətində, Kəpəz və Nizami Rayon İcra Hakimiyyətləri yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, eyni zamanda, Kəpəz və Nizami Rayon İcra Hakimiyyətləri yanında Qəyyumluq və himayəçilik komissiyaları fəaliyyət göstərir. Hazırda bu qurumlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edirlər. Səməd Tomuyev onu da qeyd edib ki, Gəncə şəhərində uşaqların müdafiəsi sahəsində daim işlər görülür. Eyni zamanda, şəhərdə icma əsaslı mərkəzlərin fəaliyyət göstərdiyini də qonağın diqqətinə çatdırıb.

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Heiken əvvəlcə səmimi qəbul üçün şəhər rəhbərinə öz təşəkkürünü bildirib. O, 44 günlük Vətən müharibəsi zamanı baş verən faciə ilə bağlı üzüldüyünü dilə gətirib və başsağlığı verib. Aleks Heiken qeyd edib ki, hər bir uşağın sülh və əmin-amanlıq içində yaşama hüququ vardır.

Aleks Heiken Gəncəyə səfərinin əsas məqsədinin məktəbəqədər təhsillə yanaşı icma əsaslı erkən yaş dövrü üçün təhsil mərkəzlərinin yaradılması olduğunu deyib.

"Təklifimiz əsasən erkən yaş dövrü üçün təhsil məsələləri ilə bağlıdır. Çünki məktəbəqədər təhsillə yanaşı bizdə erkən təhsil anlayışı məsələsi də var. Bunun təmin olunması üçün isə icma əsaslı erkən təhsil mərkəzləri yaradılır. Biz əsasən bu mərkəzlər şəbəkəsinin genişləndirilməsi məsələsinə diqqət yetiririk. Mərkəzlərin fəalliyyətinin davamlığını təmin etmək üçün yeni təkliflər lazımdır. Bu baxımdan həmin mərkəzlərin sosial model kimi tətbiq edilməsini nəzərdə tuturuq. Beləliklə, artıq sözügedən mərkəzlər özləri sosial müəssisə kimi fəaliyyət göstərəcəkdir. Burada yeni iş yerləri açılacaqdır, eyni zamanda özünüməşğulluq imkanları yaradılacaqdır. Mərkəzlər özünün maddi bazasını yaradaraq sosial müəssisələr kimi fəaliyyətlərini davam etdirəcəkdir. Əsas hədəfimiz isə mərkəzlərin yeni bir mərhələyə çıxarılması, yeni fəaliyyətin təkminləşdirilməsidir. "-deyə o əlavə edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əməkdaşlıq təklifini müsbət qarşılayıb və qeyd olunan istiqamətlərdə lazımi köməkliyin göstəriləcəyini bildirib. Görüşün sonunda hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Oxşar xəbərlər