Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Niyazi Bayramov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Gəncənin küçə işıqlandırılması ilə bağlı yeni layihənin icrasına başlanılıb
Nizami yurdu Gəncədə abadlıq-quruculuq işləri yüksək templə davam edir. Qədim tarixə malik olan bu şəhərin gözoxşayan məkanlarında, küçə və prospektlərində, o cüməldən qəsəbələrində görülən tədbirlərin əsas məqsədi sakinlərin və şəhərə gələn qonaqların rahatlığını təmin etməkdir.
Görülən abadlıq-quruculuq işləri çərivəsində Gəncənin işıqlandırılmasına da diqqət göstərilir. Belə ki, Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanın 7 şəhər və rayonunda, o cümlədən Gəncədə küçə işıqlandırılması ilə bağlı yeni layihə həyata keçirlir. Cari ilin sentyabr ayının əvvəlindən icasına başlanılan layihədə işlər üç - A (qazıntı işlərinin aparılması), B (elektrik kabellərinin çəkilməsi) və C (işıq dirəklərinin basıdırlması) kateqoriyaları üzrə aparılır.
Hazırda Gəncənin Cavad xan və Məhsəti qəsəbələrində, Gülüstan yaşayış massivində, Qarabağ, X.Rəfibəyli, Aşıq Ələsgər və digər küçələrində A kateqoriyası üzrə işlər yekunlaşmaq üzrədir. Oktyabr ayından isə işıq dirəlklərinin quraşdırılmasına başlanılacaq.
Layihə çərçivəsində ümumi uzunluğu 245 kilometr olan 400-dən artıq küçədə 8 000 min yeni işıq dirəyi quraşdırılacaq. Layihənin yekununda şəhərin müxtəlif əraziləri "Fillips" şirkətinin müasir plafonları və led lampaları ilə işıqlandırılacaqdır.
Qeyd edək ki, sözügedən layihənin icrasını Bakı Abadlıq Xidməti ilə birgə Gəncə Şəhər İcra Hakimiyyəti həyata keçirir. Layihənin icrası ilə bağlı bir çox sakin işlə təmin olunub. Belə ki, hər üç kateqoriya üzrə işlərə 200-ə yaxın işçi cəlb edilib.
Gəncədə 600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətində ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavinləri Adil Tağıyev, Kamran Məhərrəmov, Millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov iştirak ediblər.
Görüşdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev tələbələri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından təbrik edib. "Bildiyiniz kimi, ötən il ölkəmiz çox önəmli tarixi hadisə yaşadı. 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz işğal altında olan torpaqlarımızı azad etdi. Artıq siz bütöv və qalib Azərbaycanın ilk tələbələrisiniz. Bununla hamımız fəxr edirik. Hər kəsə məlumdur ki, ölkə rəhbərliyi təhsil sahəsini daim diqqətdə saxlayır və bu da təsadüfi deyil. Çünki, ölkənin tərəqqisi və inkişafı üçün sağlam, bilikli, savadlı, o cümlədən vətənpərvər gənclərə hər zaman ehtiyac vardır. Bu sahədə də təhsil işçilərinin üzərinə böyük iş düşür."-deyə Səməd Tomuyev əlavə edib və yüksək nəticə göstərərək tələbə adını qazanan yeniyetmələri təbrik edərək, onlara gələcək həyatlarında müvəffəqiyyət arzulayıb.
Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev tələbələrin adından şəhər rəhbərliyinə öz dərin təşəkkürünü bildirib. O qeyd edib ki, yeni növ koronavirus (COVID-19) pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, 2020/2021-ci tədris ilində Gəncə şəhərinin tam orta ümumtəhsil məktəblərindən ali məktəblərə qəbul olmaq üçün sənəd vermiş məzunların arasında 17 nəfər gənc 600-dən yuxarı bal toplayıb. Gəncə üzrə ən yüksək nəticəni isə 690 balla 14 nömrəli tam orta məktəbin məzunu Billurə Qəbədova göstərib.
Tədbirdə iştirak edən rəsmilər bütün tələbə adını qazanan məzunları təbrik ediblər. Onlara Vətənə, cəmiyyətə layiqli övlad olmaqlarını diləyiblər.
Tələbələr isə öz növbələrində onlara göstərilən diqqətə və təbriklərə görə öz təşəkkürlərini bildirib, seçdikləri sahələr üzrə savadlı və ixtisaslı mütəxəssis olmaq üçün var gücləri ilə çalışacaqlarına söz veriblər.
Əlavə olaraq görüş zamanı məzunların müraciətləri və onları narahat edən məsələlər də dinlənilib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.
Sonda tələbə adı qazanan gənclərə hədiyyələr təqdim olunub.
Gəncədə şəhid ailələri növbəti dəfə ziyarət olunub
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq tapşırığına əsasən, şəhərdə Vətən müharibəsi zamanı şəhid olan, eyni zamanda Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxslərin ailələri növbəti dəfə ziyarət olunur.
Görüş Gəncə Şəhər İcra Hakimiyyəti Aparatının məsul əməkdaşlarının, Gəncə Şəhər Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərinin başçıları, Kəpəz və Nizami Bələdiyyələrinin sədrlərinin, şəhərdə fəaliyyət göstərən idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə keçirilir.
Ziyarət zamanı şəhid ailələrinin sosial problemləri öyrənilir, onların müraciət və qayğıları dinlənilir, problemlərinin həlli istiqamətində müvafiq işlər görülür.
Şəhid ailələri isə öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və şəhər rəhbərliyinə təşəkkürlərini bildirirlər.