İslamiada: Azərbaycan millisi oynamadan qələbə qazanıb

İslamiada: Azərbaycan millisi oynamadan qələbə qazanıb Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında iştirak edən 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk qələbəsini qazanıb.

AFFA-nın rəsmi saytı xəbər verir ki, buna səbəb yığmanın B qrupunda bu gün qarşılaşmalı olduğu İran seçməsinin oyuna gəlməməsidir.

Qarşılaşma baş tutmayacaq və rəqibə texniki məğlubiyyət veriləcək.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Səudiyyə Ərəbistanına 0:1 hesabı ilə uduzub.

Oxşar xəbərlər