DYP: "Bakıda bəzi istiqamətlərdə yollar bağlanıb"

DYP: Bakı şəhər Dövlət Yol Polis İdarəsi sürücülərə və hərəkət iştirakçılarına müraciət edib.

İdarədən bildirilib ki, Cəlil Məmmədquluzadə küçəsindən - Silahlı Qüvvələrin Baş Klinik Hospitalı qarşısından üzü Həsən Əliyev küçəsi istiqamətinə hər iki istiqamətdə və Cəlil Məmmədquluzadə küçəsindən Hənifə Ələsgərova küçəsi istiqamətində yolda aparılan təmir-tikinti işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılıb:

"Sürücülərdən həmin istiqamətdə sıxlığın qarşısını almaq məqsədilə təmir-tikinti işləri başa çatanadək hərəkət üzrə istiqamətlərini dəyişməyi xahiş edirik".

Oxşar xəbərlər