Ukrayna Xersonda silah-sursat anbarını vurdu - Video + Yenilənib

Ukrayna Xersonda silah-sursat anbarını vurdu - Video + Yenilənib Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Novaya Kaxovka şəhərində silah-sursat anbarını vurub.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin “Cənub” operativ komandanlığı yayıb.

Məlumata görə, Ukrayna ordusunun raket-artilleriya bölmələrinin endirdiyi zərbələrdən sonra sözügedən silah anbarında güclü partlayış və yanğın baş verib.

Hadisə nəticəsində ölən və yaralananların olub-olmaması barədə hələ ki məlumat verilməyib.

Xatırladaq ki, Rusiya ordusu hərbi əməliyyat zamanı Ukraynanın Xerson vilayətinə nəzarəti ələ keçirib.



***

Kaxovka bölgəsinin hərbi-mülki administrasiyasının rəhbəri Vladimir Leontyevin sözlərinə görə, Novaya Kaxovkaya endirilən zərbə zamanı 7 nəfər ölüb, təqribən 40 nəfər isə yaralanıb.

Oxşar xəbərlər