Şirvan Şəhər Polis İdarəsinin rəisi Hikmət Quliyev təqaüdə göndərilib.
“Qafqazinfo” məlumatına görə, daxili işlər naziri Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.
H.Quliyev xidmətdə olmanın yaş həddi ilə əlaqədar vəzifədən azad edilib. Hələlik onun yerinə təyinat yoxdur.