Vilayət Eyvazovdan yeni TƏYİNAT

Vilayət Eyvazovdan yeni TƏYİNAT Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Oxu.az məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Baş Polis İdarəsinin Təşkilati İnspeksiya Bölməsinin rəisi, polis polkovnik-leytenantı Taleh Ağalı vəzifəsindən azad edilib.

O, Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin Şəxsi heyətlə iş üzrə böyük köməkçisi təyin olunub.

Əvvəlki böyük köməkçi, polis polkovniki Əli Vəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Oxşar xəbərlər