
Apa xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
O bildirib ki, bu, Ermənistanın daxili işidir.
Nazir müavinin sözlərinə görə, görünən odur ki, Ermənistanın indiki hakimiyyəti Azərbaycanla münasibətlərin normallaşma prosesinin davam etdirilməsindən imtina etməyib.
“Bu proses davam edir”, - Xələf Xələfov vurğulayıb.