“Rusiya yeni qlobal müharibə istəmir”.
Bunu Rusiya Prezidenti Vladimir Putinin İkinci Dünya Müharibəsində faşist Almaniyasının məğlubiyyətinin 77-ci ildönümü münasibətilə dünən Rusiyanın paytaxtı Moskvanın Qızıl Meydanında 9 May Qələbə Günü hərbi paradında çıxışı zamanı deyib. O, Ukraynada baş verənləri Qərbin Rusiyaya qarşı müharibəsi ilə müqayisə edib:
“ABŞ və NATO-dakı tərəfdaşları, xüsusən SSRİ-nin dağılmasından sonra bütün dünyaya öz mülkləri kimi baxmağa başladılar. Suveren və müstəqil Rusiya onların ssenarilərini qəbul edə bilmədi. Aramızda olan bütün ciddi fikir ayrılıqlarına və bir sıra problemlərə baxmayaraq, biz böyük müharibənin başlamasını istəmirik. Biz İkinci Dünya Müharibəsi kimi qlobal münaqişənin baş verməsini istəmirik”,- deyə o bildirib.
Rusiya lideri həmçinin Qərbə nüvə müharibəsi başlamaq niyyətində olmadığını işarə edib.