Əli Budaqov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda və dünyada aparıcı qüvvəyə çevrilib

Əli Budaqov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda və dünyada aparıcı qüvvəyə çevrilib Bakıdakı 220 kV-luq yarımstansiyaların sayı 7-yə çatdırılır

Əli Budaqov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda və dünyada aparıcı qüvvəyə çevrilib


Bakı şəhərində sistem əhəmiyyətli 220 kilovoltluq yarımstansiya tikilir. Bununla da, Bakı şəhərinin elektrik enerji təchizatında birbaşa əhəmiyyət kəsb edən 220 kV-luq yarımstansiyaların sayı yeddiyə çatdırılır. Belə ki, 1932-ci ildə tikilən və istismar müddətini bitirən, ən qədim yarımstansiyalardan biri olan 110/35/6 kV-luq “Qala” yarımstansiyası sökülüb, gərginlik sinfi 220/110/35/6 kilovoltluq gərginlik sinfinə keçirilərək yenidən inşa edilir. “Azərenerji”nin balansında olan yarımstansiyada yeni 220 kilovoltluq gərginlik sinfi yaradılmaqla yanaşı, 110 kilovoltluq paylayıcı qurğu açıq, 35 və 6 kilovoltluq paylayıcı qurğular isə qapalı şəkildə tam yenidən qurulur. Yarımstansiyanın ümumi gücü 150 meqavolt amperdən 550 meqavolt amperə qaldırılır. Rəqəmsal qaydada yenidən qurulan yarımstansiyada yeni idarəetmə mərkəzi tikilir.

“Azərenerji”nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin sözlərinə görə, burada yerli SCADA, əks-qəza, mühafizə-avtomatika, sabit və dəyişən cərəyan qurğuları ilə təchiz olunmuş idarəetmə sistemləri yaradılacaq, aktivlərin, proseslərin idarə edilməsi, qüsurların vaxtında aradan qaldırılması, açılıb-qoşulma əməliyyatları proqram təminatı vasitəsi ilə avtomatik həyata keçiriləcək.

Yarımstansiyanın 220 kilovoltluq ötürücü şəbəkə ilə əlaqələndirilməsi üçün 220 kilovoltluq 3-cü “Hövsan” və 4-cü “Zabrat” hava xətlərinin giriş-çıxış sxemi ilə qoşulması və “Şimal” Elektrik Stansiyasından 220 kV-luq ikidövrəli elektrik xəttinin çəkilməsi nəzərdə tutulub. “Azərenerji” tərəfindən bu yarımstansiyanın yenilənməsi ilə “Şimal” Elektrik Stansiyasında istehsal olunan enerjinin etibarlı ötürülməsinə, ötürücü sistemin optimal yük rejiminə, istehlakçıların daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsinə, eləcə də texniki itkilərin azaldılmasına nail olunacaq.



«Azərenerji» ASC-nin yüksək səlahətli kadrı Əli Budaqov - Məlumdur ki, 2022-ci ilin aprelin 28-də Şuşada işinə başlayan və 29 aprel tarixində Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası ötən il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranmışdı. Həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmiş və Prezident İlham Əliyev bu təklifi müsbət qiymətləndirmişdi. Şuşanın BMT və digər nüfuzlu təşkilatların tədbirlərinin əsas ünvanına, bölgənin diplomatik paytaxtına çevrilməsi Azərbaycanın bu qədim şəhərinin saxta məlumatlar əsasında uzun illər erməni şəhəri kimi tanıtdırılması məqsədilə aparılan çirkin kampaniyaların da iflası deməkdir. Təsadüfi deyil ki, beynəlxalq konfransın iştirakçıları aprelin 28-də Şuşada quruculuq və bərpa mövzusunda “Şuşa - dirçəlişə gedən yol”, postmünaqişə dövrünə dair “Əməkdaşlıq, imkanlar və çağırışlar” adlı panel müzakirələri keçiriblər. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı Ermənistanla hərtərəfli münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaradır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinki regionda, dünya dövlətləri içərisində öz qüdrətini təsdiq edib. Yaxın 30 ilin tarixi onu da göstərdi ki, bu mənzərəni qəbul edə bilməyən məkrli qüvvələr təkcə xaricdə deyil, hətta daxildə belə bu nizamı pozmağa maraqlıdırlar. Lakin möhkəm dövlətçilik əsasları və qətiyyətli siyasi liderin iradəsi belə qüvvələrə tarixi dərs verdi. Azərbaycan sübut etdi ki, Cənubi Qafqazda sülhün və sabitliyin davamlı dövlət siyasətinə çevrilməsi hər bir dövlətin qarşısında zəruri məsələ kimi dayanmalıdır. Tarixi hadisələr göstərdi ki, Azərbaycanın regionda belə siyasi kursu Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlişinin ilk günlərindən başlamış, Qafqaz və Yaxın Şərq xalqlarının inkişafı naminə mövcud konsepsiya özünü doğrultmuşdur. Bu siyasətin əsasında dahi siyasi xadimin o ideyası dayanırdı ki, “dünyadan təcrid edilməyə xidmət edən siyasət kursunun heç bir perspektivi yoxdur. Azərbaycanın inkişafı Qafqaz regionunda inteqrasiya prosesləri ilə sıx bağlı olmalıdır. Cənubi Qafqaz isə öz növbəsində dünya siyasi və iqtisadi məkanına inteqrasiya olunmalıdır. Ermənistanın iflası da məhz bu siyasəti dərk etməməsindən irəli gəldi. Deməli, Prezident cənab İlham Əliyevin bu gün regionda və dünyada yeni reallıqların qəbul olunması istiqamətindəki ədalətli siyasəti Cənubi Qafqazın sülh, sabitlik və əməkdaşlıq adasına çevrilməsini təmin edən yeganə ağıllı gücdür. Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar regionun sabitliyi üçün hər kəs tərəfindən qəbul edilməlidir. Bunun üçün Ali Baş Komandan tərəfindən konkret irəli sürülmüş tələblər isə tarixi siyasi əhəmiyyəti ilə yanaşı, Cənubi Qafqazın yeni konfiqurasiyasını bilavasitə müəyyənləşdirməyə xidmət edir.

Son vaxtların siyasi prosesləri göstərdi ki, Azərbaycan Qafqazda sağlam siyasi və iqtisadi mühitin yaranmasının bilavasitə təminatçısıdır. Erməni terrorçu qruplaşmalarının işğalçı xislətinin bütün dünya üçün təhdid olmasını bəyan edərkən dünyada məlum qüvvələrin şantaj cəhdlərini diplomatiyamız hətta qıra bilmiş və onilliklərlə dünyada təhlükəli tendensiyaların vüsət almasında maraqlı qüvvələrin niyyətlərini puça çıxarmışdır. Məlumdur ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Buna görə Azərbaycanın işğal olunmuş ərzilərinin boşaldılması kimi qətnamələr əsas istinad edilən sənəd kimi faktiki icra olunmamış qalmışdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu bu qətnamələri özü icra etdi. Azərbaycan həmişə olduğu kimi, bu gün də Qarabağda insanların ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı təhlükəsiz şəraitdə yaşaması kimi humanist mövqeyi həmsədrlər tərəfindən qiymətləndirilməmişdir.

Sirr deyil ki, Azərbaycan artıq uzun illərdir ki, Cənubi Qafqaz regionunun lideridir. Odur ki, respublikamızın yerləşdiyi bölgədə burada yaşayan bütün xalqların əmin-amanlığını və yüksək rifahını təmin edə biləcək beynəlxalq əməkdaşlıq da ölkə Prezidentinin hər zaman diqqət mərkəzində olmuşdur: “Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasındakı üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmalıdır, biz buna hazırıq" deməklə, Prezident cənab İlham Əliyev yenidən öz liderlik xüsusiyyətlərini nümayiş etdirdi və bu çağırışla region dövlətlərini, hətta Ermənistanı da sözdə deyil, gerçək reallıqda əməkdaşlıq etməyə çağırdı. Cənab Prezident bu əməkdaşlığın Ermənistan üçün yararlı olacağını, bir dövlət kimi mövcudiyyətinin bundan asılı olduğunu diqqətə çatdırdı. Bu gün Cənubi Qaqazda sülh gündəliyini təşviq edən Prezident cənab İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycan artıq dünyanın əsas aparıcı ölkələri sırasında öndədir.

Beləliklə, Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionda və dünyada özünə layiqli yer tutduğunu bir daha sübüt etdi.

Oxşar xəbərlər