Kadırovdan Mariupolla bağlı təşviş yaradan AÇIQLAMA

Kadırovdan Mariupolla bağlı təşviş yaradan AÇIQLAMA Rusiyanın Ukraynaya hücumlarının ilk günündən Rusiya Prezidenti Vladimir Putini dəstəkləyən Çeçenistan lideri Ramzan Kadırov Mariupol şəhəri barədə paylaşımı ilə diqqət çəkib.

Xarici KİV xəbər verir ki, Çeçenistan lideri həftələrdir Ukrayna müqavimətinin simvollarından biri olan şəhərin bu gün günorta saatlarında təslim olacağını yazıb:

“Nahardan əvvəl və ya sonra “Azovstal” tamamilə Rusiya Federasiyası qüvvələrinin nəzarəti altında olacaq”, - Kadırov bildirib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də Ukrayna qüvvələrinin Mariupolda Rusiyanı məğlub etmək üçün kifayət qədər ciddi və ağır silahları olmadığını açıqlamışdı.

Xatırladaq ki, Mariupol ələ keçirilərsə, Rusiya Ukraynanın Qara dəniz sahil xəttinin 80 faizindən çoxuna tam nəzarəti ələ keçirəcək, dəniz ticarətini kəsəcək və onu dünyadan daha da təcrid edəcək.

Oxşar xəbərlər