Aprelin 6-da Belçikanın paytaxtı Brüsseldə baş tutmuş görüş Cənubi Qafqazda təhlükəsizliyin yaradılması istiqamətində sülh prosesinin başlanğıcı hesab oluna bilər. Görüşün yekun Bəyanatı bir daha göstərdi ki, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif qəbul edilir və post-münaqişə dövründə danışıqlar əslində Azərbaycanın müəyyənləşdirdiyı gündəlik əsasında aparılır. Brüsseldə bir növ ölü kimi olan Minsk Qrupunun da, onun formatının da taleyi həll olunmaqdadır. Artıq qeyd etdiyimiz kimi, ABŞ bundan sonra Rusiyanın iştirak edəcəyi bir qrupun da, onun formatının da qəbul olunmasına qəti şəkildə razı ola bilməz. Belə olan halda isə, Avropa da bununla, yəni ABŞ-ın mövqeyi ilə razılaşmaq məcburiyyətində qalır, hərçənd Fransa bu formata can atsa belə. Bütün bunlar isə onu deməyə əsas verir ki, rəsmi Bakınin bu formatın ümumiyyətlə gündəmdən çıxarmaq imkanı var və buna nail olunur da. Yəni, məhz sözügedən format və onun mümkünsüzlüyü barədə də qaranlıq heç nə qalmadı.
4 saat yarımdan artıq davam edən Brüssel görüşündə əldə olunan nəticə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanmasına dair dövlət başçılarının xarici işlər nazirlərinə təlimat vermələri ilə bağlı razılaşmadır. Bu əməli qərar görüşün nəticəsi olaraq Şarl Mişel tərəfindən verilmiş bəyanatda təsbit edilib. Digər vacib məqam isə Birgə Sərhəd Komissiyasının təşkil edilməsi ilə bağlı razılaşmadır. Birgə Sərhəd Komissiyasının mandatına Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sərhəd xətti boyu və onun yaxınlığında sabit təhlükəsiz vəziyyətin təmin edilməsi daxildir.
Təbii ki, sülhün əldə ediləcəyi təqdirdə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi və iqtisadi məşvərət şurası mexanizminin yaradılması da vacib istiqamətə yönəlir və bu haqda da Brüssel görüşündə təsdiq edilib.
ATƏT-in Minsk qrupu münaqişənin həllindəki qeyri-effektiv fəaliyyəti açıq şəkildə göstərdi ki, vasitəçilik missiyası bu münaqişələrin çözülməsində lazımsız mexanizmdir. Post-münaqişə dövründə bir neçə yersiz bəyanatı ilə yalnız qıcıq yaradan qrup bu gün münaqişə həll olunduqdan sonra danışıqlar masasından təbii olaraq yoxa çıxdı.
Bütün bunlar bir daha təsdiq edir ki, Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir, dövlətimizin başçısı ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, ölkəmizin başçısına ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir.
İsmayılov Elxan, 192 saylı tam orta məktəbin müəllimi