
Axar.az xəbər verir ki, bu barədə “Slidstvo.İnfo” məlumat yayıb.
Jurnalistlər çeçenlərin videogörüntülərini öyrənib və onların çəkildiyi yerləri tapıblar. Xüsusilə, Kadırovun Mariupolun tutulması ilə öyündüyü iddia edilən videolardan biri şəhərdən kənarda - Rusiya sərhədinə daha yaxın olan Levoberejnı rayonunda lentə alınıb.
Kadırovçuların boş yaşayış binasına atəş açdığı video da həmin ərazidə lentə alınıb. Maraqlıdır ki, martın 24-də Kadırov Levoberejnının təmizlənməsinin başa çatdığını elan etsə də, bir neçə gün dalbadal oradan videolar yayımlayıb - həm martın 28-də, həm də 29-da. İzləyicilər yaraqlıların zirehli texnikanın arxasında gizlənərək artıq bombardmanlar nəticəsində dağıdılmış binanı pulemyotlardan atəşə tutduqlarını görüblər. Eyni zamanda, operator açıq ərazidə dayanır, bu o deməkdir ki, atəşə cavab verilməyəcəyini dəqiq başa düşür.