Ukraynanın azad edilmiş Kiyev vilayətindən 410 nəfər dinc sakinin meyiti tapılıb.
"Bu barədə Ukraynanın baş prokuroru İrina Venediktova "facebook" səhifəsində məlumat verib.
"Kiyev vilayətinin işğaldan azad edilmiş ərazilərində Rusiya Federasiyasının amansız hərbi cinayətlərinə dair çox mühüm dəlillər var. Bizim torpağımızda bunu təşkil edən qeyri insanları cəzalandırmaq üçün sənədləşdirilməli lazım olan cəhənnəmdir", - o yazıb.
Baş prokurorun sözlərinə görə, işğalçılardan azad edilən bütün ərazi sahələrə bölünüb, onların hər birində prokuror, müstəntiq və Milli Polisin operativ əməliyyat qruplarından ibarət istintaq-əməliyyat qrupları çalışır. Hadisə yerinə baxış keçirmək üçün məhkəmə ekspertləri, partlayıcı maddələr üzrə ekspertlər, kinoloqlar, məhkəmə-tibb ekspertləri və ya həkimlər və Dövlət Fövqəladə Hallar Xidməti cəlb olunub.