Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Şamaxı rayonu, Qaleybuğurd kəndi ərazisindən keçən çayda "ZİL-131" markalı yük avtomobilinin və avtomobildə olan 11 nəfər kənd sakininin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının qüvvələri hadisə yerinə cəlb olunaraq çayın ortasında olan avtomobili və vətəndaşları təhlükəsiz əraziyə çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:27-də başa çatıb.