Rusiyada daha 407 nəfər koronavirusdan ölüb

Rusiyada daha 407 nəfər koronavirusdan ölüb Rusiyada koronavirusa yoluxanların sayı 3,98 milyonu keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 15 916 nəfər virusa yoluxub, 407 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 983 197 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 77 068 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 472 091 şəxs virusdan sağalıb, 434 038 nəfərin müalicəsi isə davam edir.

Oxşar xəbərlər