Yola saldığımız yanvar ayının son günlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tarixi ilə öyünə biləcək qədim Gəncə şəhərinə səfər etdi. AZƏRTAC-a müsahibəsində prezident kimi bu şəhərə 18 dəfə səfər etdiyini vurğulayan cənab İlham Əliyev Gəncənin daim diqqət mərkəzində olduğunu xüsusilə qeyd etdi. Belə ki, bir çox layihələr məhz bu şəhərlə bağlı stimullaşdırılıb və bu gün artıq onların bir çoxu həyata keçirilmişdir.Əlbəttə,icrasına davam edilən layihələr də az deyildir.
Bu layihələr içərisində şəhərin səhiyyə və təhsil sektorunun infrastrukturu çox böyük önəm kəsb edir. Son illər Gəncənin səhiyyə və təhsil infrastrukturu tamamilə yenilənib. Belə ki, bu bölgənin əhalisinə müasir tibbi avadanlıqlarla xidmət göstərə biləcək 245 çarpayılıq şəhər xəstəxanası yenidən tikilib istifadəyə verilib. Bundan əlavə 200 çarpayılıq modul tipli xəstəxana montaj edilmişdir ki, bu da pandemiya ilə mübarizədə mövcud durumda yoluxma sayında davamlı olaraq antirekordun qeydə alındığı Gəncə üçün həyati əhəmiyyətə malikdir desək yanılmarıq.
Bu səhiyyə müəssisələrinin əksəriyyəti ən müasir tibbi avadanlıqla təchiz olunmuşdur ki, bu da ilk növbədə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsini yüksəltməyə zəmin yaradır. Əlbəttə ki, bu da dövlətimizin səhiyyə sahəsinin müasirləşdirilməsi istiqamətində gördüyü işlərin bir tərkib hissəsidir. Həmçinin respublikamızda səhiyyə xidmətlərinin səviyyəsinin qaldırılması və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində Heydər Əliyev Fondu hər zaman xüsusi fəallıq göstərir. İndi Azərbaycanın bütün bölgələrində mürəkkəb cərrahiyyə əməliyyatları aparılır və demək olar ki, istənilən xəstəliyin müalicəsi mümkündür. Son illərdə ölkəmizdə 400-dək səhiyyə müəssisəsi inşa olunmuş və ya əsaslı təmir edilmişdir. Ölkəmizdə dövlət səhiyyə müəssisələrində əhaliyə xidmət pulsuzdur. İndi dövlət tibb sahəsində təhsilin səviyyəsinin yüksəldilməsi, həkimlərin və tibbi heyətin beynəlxalq səviyyədə ixtisasartırmasına xüsusi diqqət yetirir. Azərbaycan dövləti yeni səhiyyə ocaqlarının yaradılması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində tədbirləri daha da gücləndirir.
Şəhərdə təhsilin səviyyəsinin diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, son 15 ildə burada 30-dan çox orta məktəb inşa olunub və ya təmir edilib.Şəhərdə fəaliyyət göstərən Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilmişdir ki,burada da tələbələrin rahat yaşaması və dərlərinə hazırlaşması üçün bütün şərait yaradılmışdır.Bu günkü gerçəklikdə aqrar sahənin ölkə iqtisadiyyatı üçün nə dərəcədə vacib olduğunu nəzərə alsaq,adı çəkilən təhsil müəssisəsinin modernləşdirilməsinin aktuallığını dərk etmiş olarıq.Qeyd etmək yerinə düşər ki,bu təhsil mərkəzi bir çox indeksdə dünyanın aparıcı ali məktəbləri içərisində yer tutur.Aqrar Universitetin son illərdə yığılan professor-müəllim kontingenti,dünyanın nüfuzlu elm və təhsil ocaqları ilə sıx əlaqələr,tələbə və təcrübə mübadiləsi bunu deməyə əsas verir.
Bütövlükdə həm səhiyyəyə, həm də təhsilə göstərilən diqqət və qayğı bu strateji sahələrin daha aydın üfüqlərindən xəbər verir.
Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin
tarix müəllimi Elxan İsmayılov