“Ölkəmizdə idman qurğularının yaradılması geniş vüsət alıb və hələ mən Prezident olmadığım dövrdən bu təşəbbüsü irəli sürmüşdüm. O gündən bu günə qədər 50-dən çox şəhərdə müasir qurğular inşa edilib və indi demək olar ki, hər bir rayonda idmanla məşğul olmaq üçün şərait var. İndi bir neçə Olimpiya İdman Kompleksi inşa edilir, yaxın bir-iki ilə onlar da tamamlanacaq”.
Bu fikirləri Prezident İlham Əliyev gənclərlə görüşdə gənclərin suallarını cavablandırarkən bildirib.
Dövlət başçısı bildirib ki, eyni zamanda, bölgələrdə yaşayan gəncləri idmana cəlb etmək üçün daha fəal olmalıyıq:
“Çünki idman həm ölkənin şöhrətini ucaldır, eyni zamanda, mənim üçün bu, daha çox kütləvi məna daşıyır. Çünki idmanın kütləviliyi daha çox vacibdir. İdmanın kütləviliyi sağlam nəslin yetişməsi deməkdir. Bunun üçün açıq idman meydançalarının yaradılması da çox böyük əhəmiyyətə malikdir. Xüsusilə son vaxtlar biz görürük ki, indi idman avadanlıqları istehsal edən firmalar çox belə müasir avadanlıqlar təqdim edirlər. Hətta Bakıda, Bakının bütün yeni parklarında mənim göstərişimlə açıq idman meydançaları yaradılıb. Yaxşı olar ki, kənd yerlərində də bunlar yaradılsın, həm hazırlıq, eyni zamanda, sağlamlıq üçün. Çünki hər bir gənc əlbəttə ki, idman bölmələrinə gedə bilməz. Ancaq fiziki sağlamlığını gücləndirmək üçün, bədən tərbiyəsi ilə məşğul olmaq üçün bu, çox vacibdir”.
Prezident qeyd edib ki, bu, istər-istəməz gəncləri pis vərdişlərdən də çəkindirəcək:
“Əgər insan idmanla ciddi məşğul olursa, o, siqaret çəkməyəcək. Çünki siqaret çəkən idmançı idmanda uğur qazana bilməz. Yəni, onun nəfəsinə, ağciyər imkanlarına təsir göstərir. Alkoqollu içkilər də, həmçinin. Gənclər bundan uzaq olmalıdır, buna ehtiyac yoxdur. Narkotik vasitələr insanı uçuruma aparır, özünü də, ailəsini də, yaxınlarını da bədbəxt edir, bir dərd olur. Ona görə bu zəhər ümumiyyətlə təmizlənməlidir. Yaxşı olar ki, siqaret də çəkməsinlər, alkoqollu içkilər də içməsinlər. Çünki buna bilirsiniz ehtiyac yoxdur. Təmiz hava udmaq əvəzinə, insanlar götürürlər öz içinə zəhər salırlar. Nəyə lazımdır? Yaxşı əhval-ruhiyyədə olmaq üçün idman çox yaxşı vasitədir. Ona görə də idmanın kütləviliyini təmin etmək üçün hesab edirəm ki, yeni proqram tərtib edilməlidir və yeni yarışlar təşkil oluna bilər. O yarışlar ki, bütün ölkəni əhatə edir. Hesab edirəm ki, Gənclər və İdman Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə bu məsələ ilə məşğul olacaqlar”.