Natiq Əliyev: Sumqayıt Olimpiya İdman Kompleksi

Natiq Əliyev: Sumqayıt Olimpiya İdman Kompleksi Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru Natiq Əliyev - Sumqayıt Olimpiya İdman Kompleksi 2011-ci il dekabrın 19-da istifadəyə verilib.
Bu kompleks Azərbaycan Prezidentinin göstərişinə əsasən, Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilib. Kompleksin tikintisi üçün şəhərin 7-ci mikrorayonu ərazisində üç hektar torpaq sahəsi ayrılmışdır. İnşasına 2007-ci ildə başlanılan kompleks üç hissədən ibarətdir.
Kompleksdəki trenajor və ağır atletika zallarında, həmçinin tir otağında gənclərin idmanın bu növləri ilə məşğul olmaları üçün ən müasir avadanlıq quraşdırılıb. Kompleksdəki kinozalda isə müxtəlif treninqlərin və digər tədbirlərin keçirilməsi mümkündür. Burada müxtəlif səviyyəli yarışların keçirilməsinə imkan verən müasir üzgüçülük zalı (25x12.5 m) da inşa olunub.

Natiq Əliyev: Sumqayıt Olimpiya İdman Kompleksi


Kompleksin ağır atletika, hovuz və idman zallarının hər biri üçün soyunub-geyinmə, duş, sauna kabinəsi, masaj otaqları və digər texniki otaqlar yaradılıb. Baş plana əsasən, idman qurğusunun ərazisində uzunluğu 70.2m, eni 51 metr olan süni örtüklü futbol stadionu yaradılıb. Burada, həmçinin uzunluğu 110 metr olan qaçış zolağı, açıq basketbol (40x17.5 m), voleybol (15.2x35.2 m), tennis (40x17.5 m) meydançaları inşa edilib.
Kompleksin ərazisində geniş abadlıq işləri həyata keçirilib, yaşıllıq sahələri salınıb.
Sumqayıt Olimpiya İdman Kompleksi ərazisində inşa edilmiş üçmərtəbəli mehmanxana 42 nəfərlikdir. Buradakı 17 iki nəfərlik, 7 bir nəfərlik və bir lyuks otaq müasir tələblərə tam cavab verir.
Ümumi ölçüsü 51x21 m olan 804 yerlik universal idman zalı burada irimiqyaslı beynəlxalq və yerli əhəmiyyətli yarışların keçirilməsinə tam imkan verir.

Uzunluğu 47,6, eni isə 23,3 metr olan zalda basketbol, voleybol və digər idman növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Kompleksin ikinci mərtəbəsində stolüstü tennis və bilyard stolları da mövcuddur.

Natiq Əliyev: Sumqayıt Olimpiya İdman Kompleksi
Natiq Əliyev: Sumqayıt Olimpiya İdman Kompleksi


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru Natiq Əliyevdir.

Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru Natiq Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Natiq Əliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Natiq Əliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Natiq Əliyevdən danışdılar yaxşı ki, Natiq Əliyev Sumqayıt Olimpiya İdman Kompleksinin direktorudur… Natiq Əliyev öz isguzarlığı ilə tanınır və seçilir….

Natiq Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Natiq Əliyevi heç vaxt əqidəsindən döndərə bilməz.

Natiq Əliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Natiq Əliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Natiq Əliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Natiq Əliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Natiq Əliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Natiq Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Natiq Əliyev özünü doğruldub. Bizdə hörmətli Natiq Əliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər