Azərbaycan mediasının inkişaf etdirilməsi hazırda dövlətin qarşıya qoyduğu əsas prioritetlərdəndir. Ölkədə həyata keçirilən islahatların tərkib hissəsi kimi media sektorunun da hazırda yenilənməyə, təkmilləşməyə və peşəkarlaşmağa ehtiyacı var. Məhz bu səbəbdən Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzaladı.
Fərmanda qeyd edildiyi kimi, ötən əsrin 90-cı illərində Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yaranıb. Həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılıb, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılıb, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülüb.
Ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçib, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib.
Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıyıb. Təsadüfi deyil ki, “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Sonda bir daha vurğulayaq ki, dövlət başçısının "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin bünövrəsi qoyulub. Medianın İnkişafı Agentliyinin yaradılması da məhz bu istiqamətdə həyata keçirilən quruculuq prosesinin tərkib hissəsidir. Ən əsası da odur ki, media sahəsində islahatların zəruriliyi ilə bağlı dövlətin iradəsi ilə media ictimaiyyətinin istəyi üst-üstə düşür. Bu isə islahatların media sferasında da effektiv olacağına, eləcə də keyfiyyət dəyişikliyi yaradacağına inamı artırır.
Sabunçu qəsəbəsi, 170 saylı tam orta məktəbin
tarix müəllimi Mədinə Zeynalova