Müasir dövrdə medianın həyatımızda çox böyük rolu var. Bu, dövlət işlərinin həyata keçirilməsi üçün də mühüm bir məsələdir. Sosial media dövlət qanunlarının, qəbul edilmiş fərmanların və yeniliklərin ictimaiyyətə çatdırılmasında, xüsusilə, dəyərləndirilməlidir. Ölkənin birliyi, maariflənmə üçün mətbuata lazımi diqqət və qayğının ayrılması vacibdir.
Dövlətimizdə söz, ifadə və mətbuat azadlığının olması hər bir vətəndaşın istənilən sahəyə aid öz fikirlərini, irad və qiymətləndirmələrini bildirməyə kömək edir. Bu səbəbdən, medianın gücləndirilməsi istiqamətində bir sıra mühüm işlər görülür.
“Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir vəd eyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur”. -deyə Prezident İlham Əliyev bildirmişdi.
İlham Əliyevin 2005-ci ildə Azərbaycan milli mətbuatının 130 illik, eləcə də 135 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamların imzalanması və jurnalistlərin mükafatlandırılması onların ölkə rəhbərinin diqqət və qayğısından geri qalmadığının göstəricisi idi.
Son illərdə mətbuat işçilərinin əməyinin qiymətləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi daha geniş miqyas alıb.
Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 30 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” bu tədqirəlayiq addımlardan biri idi. Konsepsiyada əks olunmuş məsələlərin həlli üçün yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mətbuat layihələrinin maliyyələşdirilməsinə xüsusi dəstək göstərir.
Mətbuat Şurasının yeni bina ilə təmin edilməsi, 2010-cu il iyulun 22-də imzalanmış “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” sərəncamına əsasən, jurnalistlər üçün yaşayış evlərinin tikintisi Azərbaycan mətbuatı üçün böyük hadisə idi. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılıb.
Bu uğurlu addımların nəticəsidir ki, Prezident İlham Əliyev 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatına ən layiqli namizəd hesab olunub. Mükafatın təsis edilməsində əsas məqsəd cəmiyyətdə söz və məlumat azadlığı prinsiplərini inkişaf etdirmək, media ilə dövlət orqanları, özəl qurumlar, ictimai birliklər və siyasi partiyalar arasında əlaqələrin möhkəmlənməsinə kömək göstərmək, KİV-lərə qayğı ənənəsini stimullaşdırmaqdır.
2016-cı il Prezident İlham Əliyev tərəfindən islahatlar ili kimi qəbul edildi və maliyyə-iqtisadi münasibətlərin daha operativ tənzimlənməsi məqsədilə yeni qurumlar təsis edildi.
Ölkə başçısı cənab İlham Əliyevin 2021-ci ilin əvvəlində “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı fərmanla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bazasında media sahəsində əsaslı inkişafa nail olunmasına dəstək olacaq yeni qurum - Medianın İnkişafı Agentliyi yaradıldı. Agentlik fəaliyyətə başladıqdan sonra isə Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə verilmiş tapşırığa əsasən “Media haqqında” yeni qanun layihəsi üzərində hazırlıq işləri aparıldı. Hərtərəfli əsaslandırma nəticəsində hazırlanan yeni qanun layihəsi artıq geniş müzakirələr üçün təqdim olunub. Bu qanun jurnalistlərin bütün hüquqlarının hərtərəfli müdafiəsini və daha keyfiyyətli fəaliyyətin təşkilini təmin edir. Müəllif hüququnun qorunması məsələsinə diqqət isə onların yazılarını daha rahatlıqla yaymalarına kömək edəcək önəmli amildir.
Bütün mətbuat islahatları ölkəmizdə jurnalistikanın inkişafına və işçilərin daha aktiv, effektiv fəaliyyətinə müsbət təsir göstərir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bugünədək və bugün atdığı addımlar icazə verir ki, ölkə başçısını həqiqətən də “Jurnalistlərin dostu” adlandıraq.
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
tarix müəllimi Firuzə Ağayeva