Mahir Emreli bu kluba transfer oluna bilər

Mahir Emreli bu kluba transfer oluna bilər Azərbaycan millisinin futbolçusu Mahir Emreli cari mövsümün sonunda Polşa "Legiya"sından ayrıla bilər.

24 yaşlı hücumçu Çexiyanın "Slaviya" (Praqa) klubunun maraq dairəsinə düşüb.

İddiaya görə, forvardın çxışını diqqətlə izləyən Praqa klubunun baş məşqçisi Yindrjix Trpişovski onun oyununu bəyənir. Bildirilib ki, "Legiya" hazırkı çətin vəziyyətdən çıxa bilməsə və avrokuboklarda mübarizəni dayandırsa, Emreli Polşa çempionu ilə vidalaşacaq.

Qeyd edək ki, bu ilin yayından "Legiya"nın formasını geyinən Mahir Emrelinin klubla 2024-cü ilin iyununadək müqaviləsi var.

Oxşar xəbərlər