Qüdrətli Dövlətimiz Yaradılıb Heydərlə

Qüdrətli Dövlətimiz Yaradılıb Heydərlə Gələcəyə Gedirik İlhamla Mehribanla. Allah Qorusun Dövlətimizi, Prezident İlham Əliyevi və 1-ci Vitse Prezident Mehriban Xanım Əliyevanı. Ölkəmiz Azərbaycan Prezident İlham Əliyev və 1-ci Vitse Prezident Mehriban Xanım Əliyeva İlə Hər Zaman İnkişaf Edir, Hər Zaman Ucalır, Hər Zaman Zirvələrdədir. İlhamla Mehribanla Zirvələrə Azərbaycan. Eşq Olsun Azərbaycana. Yaşasın Azərbaycan.Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.Yeni Əsrin Yeni Lideri Azərbaycan Prezidenti İlham Əliyevdir.Ulu öndər Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi olan İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib.Prezident İlham Əliyev Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdıb. Ulu öndər Heydər Əliyev deyirdi ki, heç bir fəaliyyət ölkəni dünyada idman qədər tanıda bilməz. Bu ideyanı rəhbər tutan Prezident İlham Əliyev ötən müddətdə Azərbaycanı idman ölkəsinə çevirdi.Bu məqsədə çatmaq üçün bütün ölkə ərazisində Olimpiya mərkəzləri, müasir idman infrastrukturu yaradıldı, idmançılara diqqət və qayğı artırıldı. Azərbaycanda Olimpiya hərəkatı görünməmiş vüsət aldı. Nəticələr göz qabağındadır. İlk Avropa Oyunlarının keçirilməsi Azərbaycana həvalə olundu. Azərbaycan 42-ci Dünya Şahmat Olimpiadasına, qadınlar arasında voleybol üzrə Avropa çempionatına, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Bakıda iki ildir keçirilən dünyanın ən nüfuzlu idman yarışlarından biri - Formula-1 Avropa Qran-Prisi ilə Azərbaycan bütün dünyanın diqqət mərkəzində oldu.Azərbaycan Rio Yay Olimpiya Oyunlarında böyük zəfərə imza atdı. Tarixdə ilk dəfə hesabına 18 medal yazan milli komandamız medal sayına görə dünyada 14-cü, Avropa ölkələri arasında 7-ci, MDB respublikaları arasında 2-ci, müsəlman ölkələri arasında isə 1-ci yeri tutdu. Prezident İlham Əliyevin mədəniyyət konsepsiyası Heydər Əliyev Fondunun layihələri ilə daha da dolğunlaşıb, ölkəmizin dünyada təbliğinə geniş imkanlar açıb. Bu siyasətin həyata keçirilməsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dəyərli töhfələr verir. Fondun həyata keçirdiyi layihələr sayəsində indi Azərbaycanı dünyada daha yaxşı tanıyırlar. Azərbaycan mədəniyyətinin sorağı hazırda böyük səhnələrdən gəlir. Musiqimizin təməl daşı olan muğam artıq dünya musiqisinə çevrilib. “Eurovision” kimi beynəlxalq mahnı müsabiqəsinə uğurla ev sahibliyi edən Azərbaycan müsabiqə tarixinə öz möhürünü vurdu.İlham Əliyev Azərbaycanı gələcəyə inamla aparır.Azərbaycan xalqı İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir.
Mehriban xanımın öz xalqının maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətin həyatında rolu barədə aydın təsəvvür yaradır. O, humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirən rəmzə çevrilməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsi oldu. Hazırda Azərbaycan qadını Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür. Mehriban Əliyeva ailəsini çox sevir və ailə ənənələrinə böyük hörmət bəsləyir. O, hesab edir ki, əgər evdə qarşılıqlı anlayış, qarşılıqlı dəstək və hörmət varsa, qalan şeylər özü düzələcək. Hazırda İlham Əliyev və Mehriban xanımın birliyi bir çoxları üçün nümunədir.Mehriban Əliyeva insanlara xeyirxahlığa meyl, başqasının dərdinə şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini uzatmaq kimi hiss və bacarıqları aşılayıb. O, bütün sosial problemlərin yalnız dövlət tərəfindən həll edilməli olması barədə ictimai şüurda kök salmış təsəvvürü dağıdıb və cəmiyyətin bütün təbəqələrinin həmin problemlərin həllində iştirakına can atmasına nail olub. Bununla da Mehriban Əliyeva Azərbaycan cəmiyyətinin bu gününə qayğı göstərməklə, Azərbaycan Prezidentini ölkəmizin gələcəyi ilə bağlı işində və qayğısında dəstəkləyərək məşğulluğun təmin edilməsi sahəsində və istedadlı gənclərin məsuliyyətli layihələrə cəlb edilməsində novator olub.Onun valideyn qayğısından və himayəsindən məhrum olmuş uşaqlara sevgisi müasir Azərbaycan tarixində ayrıca sütunla yazılıb. Mehriban Əliyeva uşaqlarla bağlı hər bir problemə həssas reaksiya verir. O, bu və ya digər xəstəlikdən əziyyət çəkən uşaqların xilası naminə mümkün olan hər şeyi edir, uşaqların doğmalarının əhatəsində sağlam yaşamaları üçün hər cür səy göstərir. Hazırda valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə alan uşaqlar qayğı və diqqətlə əhatə olunub, onlar üçün sözün əsl mənasında ailə ab-havası yaradılıb.O, ətraf mühitin mühafizəsi, o cümlədən ağacların kəsilməsi ilə bağlı problemlərə xüsusi həssaslıqla yanaşır. Onun göstərişi ilə Fondun əməkdaşları dəfələrlə ağacların kəsildiyi yerlərə gedərək nadir növdən olan ağacların məhv edilməsinin qarşısını alıblar. Bu, Bakı sakinləri üçün ətraf mühitin qorunmasına çağırışdır. Məhz Mehriban Əliyevanın təşəbbüsü ilə 2007-ci ildən bütün ölkədə milyonlarla ağac əkilib. Bu fəaliyyət Fondun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoqun (IDEA) təsisçisi və rəhbəri, ətraf mühitin təhlükəsizliyinin təmin olunması və təbiətin mühafizəsi sahəsində gənclərin məlumatlılığının artırılmasına xüsusi diqqət ayıran Leyla Əliyeva tərəfindən də davam etdirilir.

Azərbaycanı dünyaya olduğu kimi, yəni dünyəvi, çoxmillətli və müxtəlif dinlərin mövcud olduğu, müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı hörmətə və etibara əsaslanan səmimi dostluğun və əməkdaşlıq münasibətlərinin tarixən mövcud olduğu, yüksək tolerantlıq ənənələrinin formalaşdığı dövlət kimi təqdim etmək ölkənin birinci xanımının fəaliyyətində prioritet məsələlərdən biridir. Hər bir azərbaycanlı müasir Azərbaycanın simvolu, xeyirxahlıq və ümid mücəssəməsi olan öz birinci xanımı ilə fəxr etməkdə haqlıdır.Birinci xanım Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan görkəmli şəxsiyyətdir.Prezident İlham Əliyevin söylədiyi kimi: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda çox xeyirxah bir insandır və təsadüfü deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır”. Mehriban xanım Əliyeva sadəliyi, səmimiliyi, mehribanlığı, alicənablığı, ürək genişliyi, xoş ovqatı, gözəl aurası ilə ətrafında sağlam bir mühit, atmosfer yaradır. Mehriban Əliyeva müstəqil dövlətimizin inkişafına böyük töhfələr verən ictimai-siyasi xadimdir.Mehriban xanım Əliyevanın fəaliyyəti dünya miqyasında yüksək dəyərləndirilir. Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır.
Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb.Mən Fəxr Edirəmki Mən Azərbaycanlıyam.Mən Fəxr Edirəm ki, İlham Əliyev Kimi Prezidentim Var və Mehriban Xanım Əliyeva Kimi Vitse Prezidentim Var. Hörmətlə Qeyd İctimai Birliyin Üzvü və Könüllsü, İrəli İctimai Birliyin Üzvü, İDEA İctimai Birliyin Könüllüsü, Davam Gənclər Hərəkatının Diplomatiya Klubunun Üzvü, Böyük Qayıdış Gənclər Təşkilatın Könüllüsü, Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyin Üzvü və Könüllüsü, Gənclər Və İdman Nazirliyin İdman Könüllüsü, Suraxanı Gənclər Evinin Üzvü, Sabunçu Gənclər Evinin Üzvü, Bakı Gənclər Mərkəzinin Tədbirlərində İştirakçı, Deputat Nigar Arpadarai Xanımın Tədbirlərində Könüllü, 1-ci Vitse Prezident Mehriban Xanım Əliyevanın Könüllülərində Könüllü, Azərbaycan Gənclik Platformasının Üzvü, Xətai Rayon İcra Hakimiyyətin Könüllüsü və YAP-ın Üzvü Fərid Şərifov


Qüdrətli Dövlətimiz Yaradılıb Heydərlə

Oxşar xəbərlər