Zəngin dövlətçilik ənənəsinə malik hər bir xalq kimi bizim də konstitusiyamızın zəngin tarixi vardır. Dövlətçiliyimiz qədim tarixi köklərə söykənir. Zəngin ənənələrə, mədəniyyətə iqtisadiyyata sahib olduğumuz kimi dövlətçilik ənənəmiz də yüksək sivilizasiyaya uyğun idarətmə sisteminə sahib olmuşdur.Şərq aləmində ilk respublika qurluşunda dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ömrü 23 ay olsa da , bir sıra mütərəqqi qanunlar qəbul etdi. Bu qanunların ən ümdəsi qadınlara seçmək və seçilmək hüququnun verilməsi idi.
1995-ci il 12 noyabrında ilk milli konstitusiyamızın qəbulunda Ulu Öndər Heydər Əliyevin böyük rolu olmuşdu. Konstitusiyamız milli dövlətçiliyimizin ideologiyasını çox dərin şəkildə özündə ehtiva edir. Tolerant ölkə olaraq Azərbaycan Konstitusiyasını 43 maddəsi insan hüquqları ilə bağlıdır. Yəni əsas qanunumuz olan Konstitusiyamızın əsasında Azərbaycan xalqının rifahı, bütün vətəndaşların hüquq və azadlığı durur.
Konstitusiyamızın əsas prinsiplərindən biri də Milli birlik və vətəndaş həmrəyliyinin tərənnümüdür. Tolerant ölkə olaraq bizim dövlətçilik ideologiyamızın əsasını bayrağımız ətrafında bütöv Azərbaycanı birləşdirməkdir. Bu birlik bizi zəfərdən –zəfərə, qələbəyə apardı. 44 günlük zəfər savaşımızda Azərbaycan xalqı ilə birgə ölkəmizdəki bütün xalqlar və etnik qruplar çiyin-çiyinə vuruşdular, Vətənimizin şərəfi, torpaqlarımız uğrunda bir amalda birləşdilər.
Konstitusiya hər bir dövlətin, hər bir xalqın yazılı qanunları və eyni zamanda hər birimizin sadiqlik göstərməli olduğumuz qanunlar toplusudur. Biz mədəni xalq olaraq qanunlara sadiqik. Bu sədaqət dövlət başçısından tutmuş adi vətəndaşa qədər hər kəsin qəlbinə hopmuşdur. Heç təsadüfi deyil ki, dövlətimizin Prezidentimiz and içərkən həm Azərbaycan Respublikasının Konstitusiyasına, həm də müqəddəs dini kitabımız olan Qurana əl qoyaraq and içir. Deməli, hər birimizin qanunlara əməl etmək müqəddəs borcumuzdur. Çünki qanunlara riayət etməyən xalq, ölkə heç zaman mədəni millət ola bilməz. Hərci-mərclik, qanunlar olmayan yerdə heç bir dövlətçilikdən söhbət gedə bilməz. Qanunlara əməl edən millət, dövlət daim inkişaf edər, çiçəklənər. Azərbaycanımızın inkişafının, çiçəklənməsinin əsasında da bir bayraq altında birləşməyimiz, dövlət qanunlarının aliliyi durur.
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Humay Vəliyeva