28 May Müstəqillik Günü qeyri-iş günü olduğu kimi 18 oktyabr Müstəqilliyin Bərpa Günü də qeyri-iş günü olmalıdır.
Belə bir təkliflə Milli Məclisdə Əmək Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deputatlar Fazil Mustafa və Əli Məsimli çıxış edib.
Deputatların sözlərinə görə, 28 May Müstəqilliyi günü dövlət səviyyəsində bayram kimi keçirilir və qeyri-iş günüdür. Ona görə də 18 oktyabr da Müstəqilliyin Bərpası Günü olduğundan eyni əhəmiyyəti daşıdığından həmin gün də qeyri-iş günü elan olunmalı və dövlət səviyyəsində qeyd olunmalıdır. Deputatlar hesab edir ki, cəmiyyətin bu məsələ ilə bağlı gözləntisi var. Odur ki bu məsələ nəzərə alınmalı və qanunvericilikdə dəyişiklik edilməlidir.