Hər bir vətəndaş öz sosial məsuliyyətini dərk etməli, özünü və ətrafındakıları qorumaq naminə peyvənd olunmalıdır

Hər bir vətəndaş öz sosial məsuliyyətini dərk etməli, özünü və ətrafındakıları qorumaq naminə peyvənd olunmalıdır Dünyanı ölümlə hədələyən virusa qarşı mübarizə aparmaq üçün ilk öncə onun həyatımıza təsirini dərk etməli, bunun üçün fərd olaraq və cəmiyyət olaraq xəstəliyin yayılmasına qarşı görülən tədbirlər planının başlıca iştirakçısına çevrilməliyik .

COVID-19 xəstəliyinin törədicisi SARS-CoV-2 virusunun əhatə dairəsinin və coğrafiyasının genişlənməsi dünyada sağlam sosial həyata təsir etməklə yanaşı iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına mənfi təsir etməklə iqtisadi tarazlığın pozulmasına gətirib çıxarmışdır. Ölkədə sosial təcrid tədbirləri nəticəsində iqtisadiyyatın əksər sahələrində yaranan çətinliklər insanların sosial rifahına ciddi şəkildə mənfi təsir etmişdir. Günümüzün ən qlobal probleminə çevrilən bu virusun qarşısını alan ən güclü təsiredici vasitə vaksinasiyadır. Vaksinasiya nəticəsində SARS-CoV-2 virusunun ötürülmə zəncirinin pozulması insanlar arasında xəstələnmə hallarının kəskin azalmasına ,ölüm sayının azalmasına mövcud xəstəliyin səhiyyə sisteminə eləcə də digər sahələrə mənfi təsirinin aradan qaldırılmasına gətirib çıxaracaqdır. Qeyd etməliyik ki vaksin olunmaq virusa yoluxmamaq anlamına gəlmir. Peyvənd immunitet sistemimizi virusla mübarizə üçün hazırlayır. Bədən sözügedən infeksiyaya qarşı immunitet qazanır və xəstəliyi yüngülləşdirir. Aktiv toxunulmazlığı təmin etmək üçün insana yoluxucu virusun antigeni verilir və bədəndə anticisimlərin istehsalı stimullaşdırılır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır.

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhali arasında peyvləndləmə işi başlanılıb. Bugün ölkəmizdə əhalinin “Sinovak”, “AstraZeneca”, “Pfizer” və “Sputnik” olmaqla 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir. Koronavirusun mutasiyası nəticəsində yeni “Delta” variantının ortaya çıxmasından sonra Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə 3 cü peyvənd dozası – buster dozası təklif olunur. Nəzərə alınmalıdır ki, bəzi hallarda yeni variantlara qarşı qorumanı gücləndirmək üçün peyvəndin əvvəlkindən fərqli növü tətbiq oluna bilər.

Hər bir vətəndaş öz sosial məsuliyyətini dərk etməli özünü və ətrafindakıları qorumaq naminə peyvənd olunmalıdır. Dünyamızı qoruyaq! Vaksin olunaq, sağlam qalaq!

Bakıxanov qəsəbəsi, 80 nömrəli tam orta məktəbin

tarix müəllimi Afət Nəbiyeva


Oxşar xəbərlər