COVID-19 pandemiyası ciddi bir xalq sağlamlığı təcili vəziyyəti olaraq ortaya çıxdı və cavab verilməsi lazım olan bir prosesi başlatdı. Dünya Səhiyyə Təşkilatı bu hadisəni Beynəlxalq Səhiyyə Qaydalarına uyğun olaraq bir ictimai səhiyyə vəziyyətində təcili vəziyyət elan etdi. Bu proses bütün dünyada olduğu kimi ölkəmizdə də Səhiyyə Nazirliyi tərəfindən yaxından izlənilir.
Koronaviruslar (Coronaviridae) – RNT tərkibli, insanları və bəzi heyvanları yoluxduran böyük viruslar ailəsidir. Koronaviruslar insanlarda bir çox xəstəliklər törədə bilər – kəskin respirator infeksiyanın yüngül formasından ağır kəskin respirator sindroma (SARS) qədər. COVID-2019 yeni koronavirus təkzəncirli RNT tərkibli virusdur, Coronaviridae ailəsinə, Beta-CoV xəttinə, bu ailənin digər nümayəndələri kimi (SARS-CoV, MERS-CoV) 2-ci qrup patogenliyə aiddir.
Bir infeksiyaya qarşı toxunulmazlığı təmin etmək üçün hazırlanmış və bədənə müxtəlif yollarla verilən bioloji məhsullar peyvənd adlanır. İnsanları xəstəliklərdən və nəticələrindən qorumaq üçün sağlam və riskli şəxslərə peyvənd vurulur. Bu şəkildə bədən özünə zərər verməyən mikrobları və ya toksinləri tanıyır və onlara qarşı bir müdafiə inkişaf etdirir. Beləliklə, bədən mikrobla qarşılaşdıqda, əvvəllər inkişaf etdirdiyi müdafiə sistemindən istifadə edərək mikrobla mübarizə aparır və insan xəstəlik keçirmir. Nəticədə peyvəndləmə ümumiyyətlə bədəndə ömür boyu qalır və xəstəliklə qarşılaşdıqda xəstəlik agentini zərərsizləşdirmək üçün mübarizə aparır. Mövcud COVID-19 peyvəndləri də belə tərtib edilir. Hər bir ölkədə olduğu kimi peyvəndin təhlükəsizliyinə və effektivliyinə geniş istifadə edilməzdən əvvəl nəzarət edən tənzimləyici orqanlar Azərbaycanda da mövcuddur. ÜST tərəfindən istifadə üçün təsdiqlənmiş peyvəndlər xəstəliklərə nəzarətdə təhlükəsiz və təsirli olduqlarını göstərmək üçün ciddi sınaqlardan və klinik sınaqlardan keçiblər. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-dən etibarən ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılıb. 8 fevral tarixindən 65 yaşdan yuxarı vətəndaşlar üçün, fevral ayının 17-dən etibarən isə yaşı 50 və yuxarı şəxslərin vaksinasiyasına başlanılıb. Bu prosesə təhsil işciləri də kütləvi şəkildə cəlb olunub. Çinin “Sinovac Biotech” şirkətinin istehsalı olan “CoronaVac” vaksinindən istifadə edilib. Bununla yanaşı, Azərbaycan Rusiyadan da vaksin almağa başlayıb. Belə ki, Baş nazir Əli Əsədov “Dərman vasitəsinin idxalı barədə” sərəncam imzalayıb. Sərəncama əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiya Federasiyasının “HUMAN VACCINE” MMC şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat sazişinə əsasən, 300 000 (üç yüz min) doza “Sputnik V” dərman vasitəsinin Azərbaycana idxalı 180 (yüz səksən) gün müddətində həyata keçirilib. Səhiyyə
Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu sərəncamdan irəli gələn məsələlərin həllini təmin edirlər. Ölkəmizdə vaksinasiyanın ikinci dozasının vurulması 28 gündən sonra həyata keçirilməsi qəbul olunmuşdur. Ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Peyvəndləmə üçün ayrılmış tibb məntəqələrində qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları yaradılıb. Bütün otaqlar zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli 377s nömrəli Sərəncamına əsasən pandemiya ilə mübarizə çərçivəsində Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə fəaliyyət göstərir. Vaksinasiya prosesinin optimallaşması məqsədilə Bakı şəhərində proses Səhiyyə Nazirliyi, Abşeron, Sumqayıt şəhərləri və ölkəmizin regionlarında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən həyata keçirilir. Vaksin olunmuş şəxslər üçün COVİD 19 pasportu təyin edilib. “COVID-19” pasportunun iki növü var: “COVID-19 vaksin sertifikatı” və “COVID-19 immunitet sertifikatı”. “COVID-19 vaksin sertifikatı” COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), “COVID-19 immunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir. Sözügedən sertifikatları İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində E-xidmətlər bölməsindən əldə etmək mümkündür. Bu pasporta sahib olan şəxslər bir sıra üstünlüklərə malikdir.
Beləliklə, vaksinlər insanları ağır COVID-19 xəstəliyindən qorumaq üçün yüksək dərəcədə səmərəlidir. Bu səbəbdən özünüzü və başqalarını qorumaq üçün təhlükəsizlik tədbirlərindən istifadəni davam etdirmək, o cümlədən insanların çox olduğu yerlərdən uzaq durmaq, fiziki məsafə saxlamaq, əlləri yumaq,maska taxmaq və vətəndaş məsuliyyətini dərk edərək könüllü vaksin olunmaq vacibdir. Məhz strategiyanın məqsədi də hazırda geniş yayılmış COVİD-19 xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail olmaqdır.
İbrahimova Ruhiyyə Telman qızı
Sabunçu rayonu, Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbin direktoru