Bu gün Biləsuvar rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 11 saylı 10 kV-luq hava xəttində təmir işi aparılacaq. Yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 11:00-dan 13:00-dək şəhər ərazisində Mübariz İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmayılov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.