Pandemiya çox sayda insanların tutulduğu, bəzən bir ölkədəki, bəzən bir neçə qitəni bürüyən, yəni beynəlxalq sərhədləri aşan epidemiyadır. 2019 cu ilin dekabr ayının ortalarında Çinin Uhan şəhərində naməlum mənşəli yeni aşkar edilən pnevmoniya xəstəliyi haqlı olaraq bütün dünya sakinlərini təşvişə saldı. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci il fevralın 11-də infeksiyanı COVİD – 19 adlandırdı, həmin ilin mart ayının 11-də isə koronavirusu pandemiya elan etdi. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı.
23 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışı bütün dünyada böyük maraqla qarşılandı. Möhtərəm Prezidentimiz hökumətimizin pandemiyanın ilk günlərindən həyata keçirdiyi mühüm və praktiki tədbirlərdən danışıb. Hansı ki, bu tədbirlər nəticəsində əhalinin qorunmasına və pandemiyanın mənfi təsirlərinin minimuma endirilməsinə maksimum dərəcədə nail ola bildik.
Çıxışı zamanı Prezident cənab İlham Əliyev Azərbaycanın pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarı olduğunu vurğulamışdır: “Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan bir sıra qlobal təşəbbüslər irəli sürüb. 2020-ci ilin may ayında Azərbaycan Qoşulmama Hərəkatının Təmas qrupu Ölkələrinin COVİD – 19 ilə mübarizəyə həsr edilmiş Zirvə toplantısını təşkil etmişdir. Zirvə toplantısı zamanı mən Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsini təklif etdim. Həmin təşəbbüs BMT-yə üzv olan 150-dən artıq dövlət tərəfindən dəstəkləndi və 2020-ci il 3-4 dekabr tarixində xüsusi sessiya baş tutdu.”
Bəli, Azətbaycan pandemiya ilə mübarizəni öz maliyyəsi hesabına həyata keçirmiş, bundan əlavə 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı etmişdir.
Qalib Azərbaycanın bir vətəndaşı olaraq müzəffər Ali Baş Komandanımın erməni siyasətçilərinin narahatçılığına səbəb olan bu tarixi çıxışı məndə böyük qürur hissi yaratdı.
Zabrat qəsəbəsi, 75 saylı tam orta məktəbin
biologiya müəllimi Çimnaz Abbasova