Ali Baş Komandanın cəsarətli mövqeyi və müzəffər ordumuzun şücaəti sayəsində Azərbaycan əbədi və əzəli torpaqlarını işğaldan azad etdi. 30 illik həsrət bitdi. Bu müharibədə hər kəs bir idi, “yumruq” idi, “dəmir yumruq”! Qəhrəmanlıq göstərən zabit və əsgərlərimizdən savayı, arxa cəbhədə mülki vəzifə daşıyanlar da, uşaqdan tutmuş böyüyə qədər hər kəs sanki qələbə üçün susamışdı. Təvəllüdləri Birinci Qarabağ savaşından sonraya təsadüf edən, heç zaman Qarabağı görməyən gənclərimiz müharibəyə getmək üçün yarışırdılar. Vətənpərvərlik bu olsa gərək. Xalq bu günü çoxdan gözləyirdi. Müharibə təkcə döyüş meydanında getmirdi, diplomatik və informasiya savaşı cəbhəsində də Azərbaycan mübarizə aparırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev onlarla xarici KİV nümayəndələri ilə müsahibələrində hər dəfə Azərbaycan ordusunun, Azərbaycan xalqının mövqeyini qətiyyətli şəkildə bildirirdi.
Qarabağ münaqişəsinin həlli istiqamətində Birləmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 və BMT Baş Assambleyasının 48/11, 60/285, 62/243, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 1059,1119, 1416, 1553, 2085 o cümlədən, Avropa Parlamentinin (AP) 2216, 2315 saylı qətnamələrinin icrası niyə reallaşmırdı? Azərbaycan tərəfi 30 il idi ki, diplomatik mədəniyyət sərgiləyirdi, beynəlxalq təşkilatların imzaladığı qətnamələrin icrasını illərdir gözləyirdi. Dəfələrlə Ermənistana sülh yolunu təklif etdi. Lakin nə baş verdi? Ermənistan tərəfi heç bir beynəlxalq hüquqi norma və sənədlərə məhəl qoymadı. Yenə də, Azərbaycan hərbi yolla öz gücünü göstərərək torpaqlarını düşmən tapdağından azad etməyə nail oldu. Bu qələbə ilə yuxarıda sadalanan bütün qətnamələrin icrasını təmin etdi. Ədaləti təkbaşına bərpa etdi və bütün dünyaya bunu göstərdi. Azərbaycan istər hərbi, istər siyasi, istərsə də diplomatiyada qalib gəldi.
Bu gün artıq Qarabağlıyıq! Bu sözün hər mənasında – Qarabağlıyıq! Bunun üçün canlarından keçən şəhidlərimizə, döyüşdə yaralanan qazilərimizə sonsuzadək minnətdarıq! Şəhidlərin ailələri, qazilərimiz bizə əmanətdirlər. Onlar şəhidlərin yadigarlarıdır. Geri qaytardığımız torpaqlar qədər, onları da göz bəbəyimiz kimi qorumalıyıq. Dövlətimiz şəhid ailələrini, qaziləri hər zaman diqqət və qayğıda saxlamaqdadır. Onların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində işlər görülməkdədir. Yüzlərlə Vətən müharibəsi iştirakçıları işlə təmin olunmuşdur, onlar cəmiyyətimizin əsas və ayrılmaz hissəsini təşkil edir. Şəhidlərin ruhları qarşısında baş əyirik. Onların ruhları şaddır.
İsmayılova Gülarə, 107 saylı tam orta məktəbin psixoloqu