Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, zat aliləri, möhtərəm xanım Mehriban Əliyeva
“Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır.Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır."
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bugün Azərbaycan ictimaiyyəti, eləcə də xalqımız böyük sevinc və minnətdarlıq hissi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti möhtərəm xanım Mehriban Əliyevanın ad gününü qeyd edir. Bu sevgi və rəğbəti O, öz əməli ilə, insanlara və insanlığa verdiyi dəyərlə qazanıbdır. Mehriban xanım Əliyeva hələ ilk müsahibələrində “həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir” deyərək, özünün nəcib missiyasının gələcək yol xəritəsi ilə insanların könlünü fəth etmişdi. Onun rəhbərliyi ilə həyata keçirilən ölçüyə sığmayan əzəmətli layihələrlə mədəniyyətimizin qoruyucusu və təbliğatçısı, səhiyyənin və təhsilin hamisi, ümid qapısı, çarəsizlərin çarəsi, kimsəsizlərin dayağı adlandırıldı. Bu gün ölkəmizdə elə bir sosial problem yoxdur ki, orada Onun humanist dəsti-xətti olmasın. Beynəlxalq səviyyədə həyata keçirdiyi humanitar və sosial layihələrlə, özünün mədəniyyət diplomatiyası ilə dövlətimizin və xalqımızın nüfuzunu daha da artırdı. Həm ölkəmizdə həm də, sərhədlərimizdən çox-çox uzaqlarda sevildi və hörmət olundu. Onun səmimiyyətinə inandılar və etimad göstərdilər. Mehriban xanım Əliyeva xalqımızın yaratmış olduğu maddi-mənəvi irsin müdafiəçisi olmaqla bərabər, həm də insanlığı minillər boyu qazanılmış bəşər mədəniyyətini qorumağa çağırdı və sivilizasiyalarası dialoqa mühüm töhfələr verdi. Onun təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə və xaricdə onlarla yüksək səviyyəli tədbirlər keçirildi.
O,çıxışlarında “həyatda nə böyük, nə də kiçik rollar olmur’ deyərək, düşüncə və baxışlarınızı insanlarla paylaşdı. O hansı vəzifədə oldusa, o vəzifəyə şöhrət gətirdi. Möhtərəm Birinci vitse-p Prezidentimiz hansı işi görməyə qərar verdisə, hansı layihəni gerçəkləşdirdisə uğur Onunla oldu. Ölkəmizdə və müxtəlif ölkələrdə, beynəlxalq təşkilatlarda hansı titullara, hansı vəzifələrə layiq görüldüsə, milli və bəşəri dəyərlərə xidmət etməklə o missiyanın həqiqi elçisinə və rəmzinə çevrildi.
Möhtərəm Mehriban xanım Əliyeva dünyanın gələcəyi naminə fərqli mədəniyyətlərə, dillərə və inanclara, rənglərə malik insanları dialoqa çağırdı.Dünyanın gözəlliyini və gələcəyini fərqlilikdə və bütövlükdə gördü. İnsanları güc və zor dili ilə deyil, mədəniyyət, sevgi, hümanizm dili ilə münasibət qurmağa səslədi. Xalqımızın timsalında birgə yaşamağın mümkünlüyünü sübut etdi, ucalmağın və ucaltmağın, insanların inamını və etimadını qazanmağın, onlar üçün ümid yeri olmağın yolunu göstərdi.
İnsanlara “Kimsənsə, elə də olmalısan,bax, budur bizim həyatımız” səslənərək, insanlara və insanlığa xidmət etməkdən zövq aldı. Mərhəmətin, məsuliyyətin, vicdanın Vətəninə və vətəndaşına xidmət etməyin təməl prinsipi olduğunu əməli ilə sübut etdi.
Respublikamızın Birinci vitse-prezidentinə ötən dövr ərzində ölkə daxilində, eləcə də, beynəlxalq aləmdə böyük etimad göstərilmiş və bir sıra vəzifələrlə görəvləndirilmişdir. Bütün bu vəzifələrdə o, fəaliyyəti ilə, qazandığı şöhrətlə ölkəmizə və xalqımıza baş ucalığı gətirmişdir. Çünki onun həyat fəlsəfəsində vəzifə insanlara ləyaqətlə xidmət etmək üçün vasitədir. Vəzifənin böyük-kiçikliyi və ya ictimai-dövlət olması əsas ola bilməz. Bu baxımdan onun həyata keçirdiyi hər bir layihənin məqsədində və hədəfində dövlətinə, vətəninə, xalqına və insanlığa xidmət etmək olmuşdur. Möhtərəm Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunun qurucusu və sədri, Gimnastika Federasiyasının Prezidenti, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət Vəkili, Yeni Azərbaycan Partiyası sədrinin I müavini, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri, I Avropa Oyunları və IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Sədri...nəhayət...Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti kimi ali və mötəbər vəzifələrdə heç vaxt dəyişmədi. Əksinə sadəliyin və səmimiyyətin, kamilliyin əsil nümunəsi və hər kəs üçün “Sizin Mehriban” oldu. Bütün bu vəzifələrdə xanım Mehriban Əliyeva ona etimad göstərən insanlar, təşkilatlar qarşısında hesabatlılığı özünə borc bildi, dövlət idarəçiliyinin əsas atributu hesab etdi.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva tariximizi zənginləşdirən bir çox ilklərə də imza atmışdı. Azərbaycan dövlətçilik tarixində ilk Birinci xanım, Birinci Xanım İnstitutunun yaradıcısı, ölkəmizin daxili və xarici siyasətində xüsusi rola malik və beynəlxalq aləmdə böyük nüfuza malik ilk və ən böyük qeyri hökumət təşkilatı Heydər Əliyev Fondunun qurucu rəhbəri, Azərbaycanın dövlətçilik tarixində ölkəmizdən seçilmiş UNESCO və İSESCO-nun ilk azərbaycanlı Xoşməramlı Səfiri, həm UNESCO, həm də İSESCO-nun dünyada ilk Xoşməramlı Səfiri, I Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk sədri, Hakimiyyətin qanunverici qolundan icra qoluna keçid edilərkən seçicilər və qanunverici hakimiyyət qarşısında hesabat vermək ənənəsinin təməlini qoyan ilk Dövlət Adamı....
Bu ilklər çoxdur... Əsas odur ki, onun imza atdığı bu ilklər, ölkəmizdə və beynəlxalq aləmdə yüksək qiymətləndirilir və təqdir edilir.Bu gün ölkəmizdə və dünyada bir çox ilklərə imza atmış möhtərəm Mehriban xanım Əliyeva Azərbaycan dövlətçilik tarixində, xüsusilə də çağdaş dövlətimizdə Azərbaycan Respublikasının ilk Birinci vitse-prezidenti kimi də bir İlkdir...
Sözsuz ki, xanım Mehriban Əliyavanın coxşaxəli və geniş miqyaslı fəaliyyətini bir yazıda qeyd etmək mümkün deyil. Necə deyərlər, görünən dağa nə bələdçilik....
Möhtərəm Birinci vitse-prezidentimiz ötən otuz il ərzində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasından yorulmadı. Yüksək kürsülərdə Qarabağın, Xocalının, qaçqın və köçkün soydaşlarımızın eşidilməyən səsi və görməyənlərin gözü olduz. O, hər bir layihəsində Qarabağ Azərbaycandır dedi.
Bəli, bugün ölkəmizin həyatında əlamətdar bir gündür.
Möhtərəm Birinci vitse-prezidentimizin bu ilki doğum günü Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər ilində qeyd edilir. O Zəfər ki, Müzəffər Ali Baş Kamandanımızın rəhbərliyi ilə qəhrəman Milli Ordumuz Vətənimizin ayrılmaz parçası olan Qarabağ torpağını təcavüzkar Ermənistanın işğalından azad etdi. Müharibənin ən qızğın və təhlükəli günlərində xanım Mehriban Əliyavanın Ali Baş Kamandanımızın ömür-gün yoldaşı, ən yaxın silahdaşı və Respublikamızın Birinci vitse-prezidenti kimi cəbhə bölgəsinə, işğaldan azad olunmuş ərazilərimizə səfəri isə şəksiz qələbəmizə inamı bir daha artırdı. Onun Ali Baş Kamandanımızla bərabər etdiyi bu səfərlər sözün əsil mənasında düşmənə və onun havadarlarına göz dağı oldu. Qürurla deyə bilərik ki, Vətən müharibəsi dövründə, eləcə də, müharibədən sonrakı bütün səfərlər, orada çəkilmiş video və fotolardakı Onun məğrur və təmkinli görkəmi dünya mediasının baş xəbərinə çevrildi. Bu səfərlə O, cəsur Azərbaycan qadınının obrazını dünyaya bir daha bəyan etdi və bununla Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır dedi. O, hər səfəri ilə əsgər analarının ümid yeri və sarsılmaz dayağı oldu. Ürəyi daima şəhid analarının ürəyi ilə döyündü, onların göz yaşı onun göz yaşı oldu. O, müqəddəs Ana şəfqəti ilə qəhraman Qazilərimizin yarasına məlhəm oldu.
Möhtərəm Mehriban xanım Əliyevanın ən böyük arzusu sözsüz ki, respublikamızın ərazi bütövlüyünün bərpası Qarabağ torpaqlarının işğaldan azad edilməsi idi. O, Qarabağın tarixi şöhrətinin yenidən bərpası üçün kim bilir neçə-neçə möhtəşəm layihələr planlaşdırıbdır. Qarabağda keçiriləcək beynəlxalq tədbirlər və bu tədbirlərdən dünyaya sülh çağırışları, humanitar forumlar, Şuşada Xaribülbül festifalları və daha nələr... Bu gün xanım Mehriban Əliyava möhtərəm Prezidentimizlə gecəni gündüzə qataraq, ən yaxın zamanlarda Qarabağa böyük qayıdışın uğurla başa çatması və Qarabağın dirçəlişi naminə fədakarlıq göstərir.
Əminik ki, Respublikamızın Birinci vitse-Prezidenti möhtərəm Mehriban xanım Əliyeva nəcib əməli, xoş niyyətli, tükənməz Vətən sevgisi, xalqına xidməti və yorulmaz fəaliyyəti ilə müasir dövlətçilik tariximizin şanlı və şərəfli səhifələrinə və xalqımızın qan yaddaşına əbədi yazılacaqsız.
Son olaraq, bu gözəl fürsətdən istifadə edərək, əziz və möhtərəm Mehriban xanımə doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı, ailəsinə xoşbəxtlik və Azərbaycanımızın gələcəyi naminə həyata keçirdiyi müqəddəs missiyasında uğurlar arzulayıram.
Məlahət İbrahimqızı,
millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru