Bayden administrasiyası Ukraynaya növbəti yardımı hazırlayır- 725 milyon dollar dəyəri var...

Bayden administrasiyası Ukraynaya növbəti yardımı hazırlayır- 725 milyon dollar dəyəri var... ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Ukrayna üçün növbəti hərbi yardım paketini təsdiqləməyə hazırlaşır.

Reuters xəbər verir ki, yardım paketinin dəyəri 725 milyon dollar təşkil edəcək.

Paket çərçivəsində Ukraynaya müxtəlif növ hərbi texnika və sursatların, o cümlədən minalar, pilotsuz uçuş aparatları, Stinger zenit-raket kompleksləri və HIMARS reaktiv yaylım atəşi sistemləri üçün döyüş sursatlarının tədarükü planlaşdırılır.

Yeni yardım paketi Ukraynanın müdafiə qabiliyyətini artırmağa və ölkənin cəbhə bölgəsindəki mövqelərini gücləndirməyə yönəlib. ABŞ bu addımı ilə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha nümayiş etdirir.

Xatırladaq ki, ABŞ Ukraynaya müharibənin əvvəlindən bəri milyardlarla dollar dəyərində hərbi yardım göstərib. Yeni paket isə ABŞ-ın Ukraynaya dəstək siyasətinin davamlı olduğuna işarə edir.

Oxşar xəbərlər