Dünən COVID-19 pasportu olmayan 2 minə yaxın şəxs toya buraxılmayıb.
DİN Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, İyulun 28-də Bakı şəhərində və respublika ərazisində 294 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 213 şadlıq sarayında, 81 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 100 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;
- 4 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
- 1977 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.