10 noyabr 2020-ci il tarixində üçtərəfli Bəyanatın imzalanması ilə bütün hərbi əməliyyatların dayandırılması nəzərdə tutulmuşdu. Lakin Ermənistan bu bəyanatla öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməkdən boyun qaçırmaq üçün vaxtaşırı təxribat-diversiya aktları törətdi və layiqli cəzasını aldı. Azərbaycan həm təxribatların qarşısını almaqla, həm də qətiyyətli mövqe sərgiləməklə bəyan etdi ki, üçtərəfli Bəyanatın bütün tələbləri zamanında, tam və qeyd-şərtsiz yerinə yetirilməlidir. Bir daha sübuta yetirildi ki, Vətən müharibəsində şanlı qələbə qazanmış Azərbaycan yeni reallıqlar yaradıb və istər məğlub Ermənistan, istərsə də onun havadarları bu reallıqları dəyişmək iqtidarında deyil. İstənilən təxribat cəhdinin qarşısı alınacaq. Necə deyərlər, “Dəmir yumruq” öz yerindədir.
Ermənistanın öz havadarlarının dəstəyinə arxalanaraq törətdiyi bu təxribat cəhdi beynəlxalq hüquq normalarına ziddir. Eləcə də bir müddət öncə Türkiyə ilə Azərbaycan arasında imzalanmış və Qars müqaviləsinə istinadə edilən Şuşa Bəyannaməsi də ölkəmizin ərazi bütövlüyünü qarşı təhdidlərin qarşısının alınması üçün beynəlxalq hüquqi öhdəlik yaradır. Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflərin birgə məsləhətləşmələr aparması və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirməsi Şuşa Bəyannaməsində yer alıb. Ona görə də məğlub ölkə və ona dəstək verən dairələr bütün bu reallıqlardan düzgün nəticə çıxarmalı, təxribatçı hərəkətlərə yol verməməlidirlər. Əks halda, layiqli cavab almaqla yeni faciə ilə üzləşəcəklər.
Cavad Mustafayev, 215 saylı orta məktəbin direktoru