Qurban Bayramı bizə Hz. İbrahim peyğəmbərdən yadigar qalıb. Ömrü boyu Allah yolunda çalışan, mübarizə aparan, bu mübarizəsi zamanında dəfələrlə həyatından, mal- dövlətindən, ailəsindən keçməyə hazır olan, oda atılaraq yandırılmağa məhkum edilən, lakin Allahın möcüzəsi ilə oradan sağ çıxan Hz. İbrahim, qoca yaşlarına qədər övlad sahibi ola bilmir, həyatın bəlkə də bu ən şirin nemətindən məhrum olur. Lakin qoca vaxtında Allah təala hər halda bu neməti ona əta edir – onun İsmayıl adında oğlu olur. Hz. İbrahim bütün məhəbbətini ona salır, İsmayılı qoca vaxtında ona verilmiş nemət hesab edir. Lakin hələ bilmir ki, İsmayıl ona verilmiş son və ən mühüm sınaqlardan biri olacaq. Elə bir sınaq ki, əvvəllər əqidəsinə, Allahın əmrinə görə vətənindən didərgin düşməsi, təqib olunması, oda atılaraq yandırılması bu sınağın yanında kiçik görünəcək. İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.
İsmayıl Qurbanında kəsilən heyvanlar da bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iri buynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir.
Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayana isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə-dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.
İslam dini böyük inama, Uca Allaha qurban verməkdə də əvəzsiz inqilab yaratdı. Bəşəriyyəti insanı qurban verməkdən çəkindirdi, bu cür qurbanı hətta qadağan etdi. Ona görə də islam dini Allahın adından buyurdu ki, insanın əvəzinə qurbanlıq heyvan kəsilməlidir.
Bakıxanov qəsəbəsi, 213 saylı məktəb-liseyin
tarix müəllimi Gülyaz Məmmədova