Dünyanın ən geniş yayılmış dinlərindən biri İslam dinidir. Bu din VII əsrdə Ərəbistanda meydana gəlmişdir. 1400 ildir ki, İslam Yer kürəsinin milyonlarla əhalisinin həyat tərzi, Allah qarşısında bərabərliyi deməkdir. İslamı qəbul edən insanlar tək olan Allaha, onun birliyinə inanırlar. İslam dininin müqəddəs kitabı "Qurani-Kərim", peyğəmbəri isə Hz Məhəmməddir. Allah öz hökmlərini insanlara Hz Məhəmməd vasitəsilə çatdırmışdır.
İslam dini çox zəngin və gözəl dindir. İslam dininin çox gözəl adətləri və müqəddəs bayramları var. Müsəlmanlar hər il Ramazan və Qurban bayramlarını böyük təntənə ilə qeyd edirlər.
Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır. Bu bayram hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və bu il ölkəmizdə iyulun 20-21-nə təsadüf edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması xalqın birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq bir xalq olduğunu dünyaya nümayiş etdirir.
Qurban bayramı xalqımığın heç zaman unudulmayan mənəvi mirasıdır. İslamın bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini hər zaman nümayiş etdirmiş Azərbaycan xalqı əsrlər boyu, ən mürəkkəb dövrlərdə belə Qurban bayramını özünün əziz bayramlarından biri kimi qeyd etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bu günün müsəlman əhali tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yaranmışdır. Qurban bayramında Azərbaycanda müsəlmanlar bir-birini təbrik edirlər. Bu, Azərbaycan xalqının mənəvi birliyinin ifadəsidir.
Müstəqilliyimiz bərpa olunduqdan sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanuna əsasən, Qurban bayramı dövlət səviyyəsində qeyd olunur. Ümummilli Lider Heydər Əliyev hər il ölkəmizdə qeyd edilən dini bayramlar münasibətilə xalqı təbrik etmiş, Ulu Öndər müxtəlif illərdə Qurban bayramını məcburi köçkün soydaşlarımızla birgə keçirmişdir. İndi isə ölkə prezidenti İlham Əliyev bu ənənəni layiqincə davam etdirir, hər il bu bayram münasibətilə xalqı təbrik edir və xoş arzularını xalqa çatdırır. Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərən Prezident İlham Əliyev 2017-ci ili Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan etmişdir.
Müqəddəs Qurban bayramı insanları mənəvi saflığa və xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmağa səsləyən cəmiyyətdə insani dəyərlərin daha da güclənməsinə xidmət edir. Hər il bu bayramda məscidlərdə bayram namazları qılınır, dualar oxunur. Qurbanlar kəsilir və imkansız ailələrə paylanılır. İnsanlar qohum və qonşularını ziyarət edir, bir-birinə ən xoş diləklərini diləyirlər.
Bu il Azərbaycanda Qurban bayramı daha da təmtəraqlı qeyd olunacaq. Bu il bizim 30 illik həsrətimizə son qoyuldu. Doğma Qarabağımız düşmən tapdağından azad olundu.
Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə ordumuz 44 günlük Vətən müharibəsində bütün dünyaya birliyimizi, gücümüzü göstərdi. Bu il işğaldan azad olunmuş torpaqlarımızda bayram namazları qılınacaq, qurbanlar kəsiləcək. Torpaqlarımız uğrunda canını fəda etmiş, bizə-Azərbaycanımıza qələbə bəxş etmiş oğullarımızın ruhuna dualar oxunacaq.
Balaxanı qəsəbəsi, M.Ə.Sabir adına 259№-li məktəbin
ibtidai sinif müəllimi Səadət Məmmədova