Bütün islam dünyası qarşıdan gələn müqəddəs qurban bayramını qarşılamağa hazırlaşır. Azərbaycan Respublikası dünyəvi ölkə olsa da, ölkənin əksəriyyətini təşkil edən müsəlmanlar bayramı hər il dövlət səviyyəsində rəsmi bayram olaraq qeyd edirlər. Öncə onu vurğulamaq istəyirəm ki, Azərbaycan dünyanın ən tolerant ölkələrindən biri hesab olunur və ölkədə yaşayan bütün dini azlıqlara, onların bayramlarına və adət-ənənələrinə hörmət olunur. Ölkəmizdə yaşayan istənilən dinə inanan insan onun burada hər hansı ayrı seçkiliyə məruz qaldığını deyə bilməz. Tarixə nəzər saldığımız zaman isə sovet dönəmində təbliğ olunan ateizimlə əlaqədar olaraq insanların öz etiqad və inanclarından məhrum buraxıldığını, müqəddəs bayramlarını qeyd edə bilmədiklərini, ibadət etməkdən məhrum buraxıldığını görürük. Bütün bunlar Azərbaycan xalqının mənəvi kimliyini unutmasına səbəb ola bilməmiş, müstəqilliyimizin bərpasından sonra insanların etiqad azadlığı təmin olunmuş, Ramazan bayramı və Qurban bayramı kimi müsəlmanlar üçün müqəddəs hesab olunan günlər rəsmi bayram günləri kimi təqvimə daxil edilmiş, insanların bayramı rahatlıqla qeyd edə bilmələri üçün qeyri-iş günləri kimi nəzərdə tutulmuşdur. Hər il hər iki müqəddəs bayramın qeyd olunması çərçivəsində müxtəlif dövlət tədbirləri keçirilir, müstəqilliyin bərpasında insanların rahat etiqad etməsi üçün ölkədə yüzlərlə məscid açılmış, sovet dövründə baxımsız qalmış məscidlər və diniibadətgahlar təmir olunmuşdur.
İslam inanclarına görə İbrahim peyğəmbərin oğlu İsmayılı Allah yolunda qurban verməyə hazır olduğu bir zamanda Allah tərəfindən qurban vermək üçün qoç göndərilməsindən sonra qeyd olunmağa başlayan Qurban bayramı Allaha inanaraq qurban verilən hər şeyin bir xilası ola biləcəyinə işarədir. Fikrimcə İbrahim peyğəmbər hər nə qədər də oğlunu qurban verməyə hazır olsada Allahın onu xilas edəcəyinə içində inam olub və bu onun inamının imtahanı olub. Din tarixi keçərkən müəllimizin insanların hər zaman nəyəsə inanmağa ehtiyacı olduğunu dediyini xatırlıyıram. İndi daha yaxşı anlıyıram ki, insanın inamı və ümidi olmasa yaşaya bilməz.
Balaxanı qəsəbəsi, 69 saylı məktəbin
tarix müəllimi Xəyalə Əsgərli