İyunun 4-də Kəlbəcər istiqamətində iki jurnalistin və bir məmurun minaya düşərək həlak olması bir daha göstərdi ki, ərazilərin minalanması müharibədən sonrakı dövrün ən ağrılı problemlərindən biridir. Bununla yanaşı, Zəngəzur dəhlizi, erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması və digər məsələlər həll olunmamış qalmaqdadır.
“AzPolitika.info” bu mövzu ətrafında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa ilə söhbətləşib.
- Fazil bəy, Kəlbəcərdə iki jurnalistin və bir məmurun minaya düşərək şəhid olması cəmiyyətdə ciddi rezonans doğurdu. Son bir neçə aydakı proseslər göstərir ki, Ermənistan Azərbaycana minalanmış ərazilərin xəritəsini vermək niyyətində deyil. Hazırda yaranmış bu durumu necə dəyərləndirə bilərsiniz?
- İlk olaraq anlamalıyıq ki, Qarabağda savaşın aktiv fazası bitsə də, ərazinin təmizlənməsi, insanların yerləşməsi məsələsini həll etməmişik. Bu da mina və digər amillərlə bağlıdır. Orada separatçı qüvvələr qalırsa, deməli hər zaman təxribatlar gözləniləndir. Digər tərəfdən, sərhədləri də addım-addım bağlamaqla məşğuluq və bu, Ermənistan tərəfindən ölkəmizə sızan qüvvələrin qarşısının alınması üçün vacib şərtdir. Düzənlik ərazilərdə minaların təmizlənməsi daha rahat şəkildə həyata keçirilir. Dağlıq ərazilərdə isə gərək hər daşın altını axtarıb təhlükəsizliyi təmin edəsən. Ermənilər oradan çıxarkən minalar basdırıblar, elə sonrakı dövrdə də gəlib mina yerləşdirmələri mümkündür. Burada birinci məsələ ərazini minadan təmizləməkdirsə, ikincisi, bu prosesi Ermənistanın öz ərazisinə keçirməkdir.
- Nəyi nəzərdə tutursunuz?
- Bunun üçün Azərbaycanın Türkiyədə olduğu kimi insanların köçürülməsindən əvvəl “kənd qoruyucuları” statusunda hazırlıqlı və bu əraziləri qoruyacaq adamları həmin ərazilərə yerləşdirməsi lazımdır.
İkincisi, bu əraziləri tanıyan insanların əks addımları atmasına imkan yaratmaq lazımdır.
- Təklif edirsiniz ki, biz də Ermənistan ərazilərinə minalar basdıraq?
- Əgər ermənilər bunu tendensiyaya çevirirsə, biz də onların ərazisində eyni şeyi etməliyik. Onlar da görməli və anlamalıdırlar ki, hər hansı şəkildə bizə vurduqları zərəri onların özləri və əraziləri də yaşayacaq. Bu, olduqca vacib amillərdən biridir. Əks təqdirdə, ermənilər bu prosesi dayandırmayacaq. Biz də hansı minanın hara basdırıldığını müəyyən edə bilməyəcəyik. Odur ki, bu problemi ermənilərin yaşadığı ərazilərə köçürməliyik.
- Təklif etdiyiniz addım Azərbaycan üçün problem yaratmazmı?
- Bu, açıq formada edilmir ki... Ermənilər bunu açıq formada etmirlər. Onlar kimi biz də qapalı şəkildə bu fəaliyyəti gücləndirməliyik. Qarşı tərəfin də öz ərazilərinə tam nəzarət etmək imkanı yoxur. Öncədən orada sərhəd infrastrukturu qurulmayıb. Digər tərəfdən, ermənilər bunu konkret hərbçilərin yox, ayrı-ayrı mülki şəxslərin əli ilə edirlər. Belədə çox zaman kimlərisə müəyyən etmək, tutmaq mümkün deyil. Heç minaların hara basdırıldığını da bilmək olmur. Odur ki, biz də eyni problemi Ermənistana yaşatmalıyıq. Terrora-terror, minaya-mina, yumruğa-yumruqla cavab verməliyik.
Xəritə məsələsini dayanmadan beynəlxalq qurumların, Ermənistanın, Rusiyanın qarşısında qaldırmalıyıq və qaldırırıq da. Ancaq bizə bu xəritəni verən kimdir? Ermənistanın özündə həmin xəritələrin olması inandırıcı deyil. Bu xəritələrin Rusiyada olub-olmadığını da sübut etmək məsələsi var. Burada bir çox hallarda minaları hara gəldi qoyub çıxıblar. Nəzərə almaq lazımdır ki, bu ərazilərdə Ermənistanın nizamlı ordusu fəaliyyət göstərməyib. Separatçı qüvvənin fəaliyyətindən söhbət gedir. Onların da hər şeyi xəritə ilə etdiyi ağlabatan deyil. Çünki onlar buralarda yaşayıblarsa, deməli heç vaxt tank əleyhinə mina basdırmayıblar. Məntiqlə buradan çıxan zaman və ya sonrakı dövrdə əraziyə sızmaqla bunu ediblər. Odur ki, həmin mina son dövrlərin məhsuludr. Bizim də xəritə gözləmək xəyalımız olmamalıdır. Ermənistana bu minaları xəritəsiz “peşkəş etməliyik”.
İrəvan anlamalıdır ki, bu, onun üçün ciddi problemlər yaradacaq. Azərbaycan da dövlət olaraq belə addımların məsuliyyətini daşımayacaq. Başqa sözlə, ayrı-ayrı vətəndaşlar öz qisaslarını almaq məqsədilə bu addımı atmağa məcbur olacaqlar - istər Qarabağda, istərsə də Ermənistan ərazisində. Hər kəs ona qarşı açıq düşmənçilik edən qüvvədən qisas almaq hüququna malikdir. Azərbaycan dövləti qisasını döyüş meydanında alıb. Amma qeyri-döyüş platformasında vətəndaşlar öz qisaslarını almaq hüququna malikdirlər. Bu istiqamətdəki addımlara görə də Azərbaycan dövləti heç bir məsuliyyət daşımır.
- Ermənistan açıq şəkildə bizim ərazilərə diversiya-təxribat qrupları göndərir, üçtərəfli komissiyada fəaliyyətini dayandırdığını elan edir və buna səbəb kimi “Ermənistan ərazilərinə daxil olmağımızı” göstərir. Həmçinin, Zəngəzur dəhlizinin açılmayacağını, bunun heç müzakirə mövzusu belə olmadığını bəyan edir. Bir sözlə, Ermənistan bütün platformalarda üçtərəfli razılaşmaya əks mövqe sərgiləyir. Belədə yaranmış hazırkı duruma görə kim məsuliyyət daşımalıdır?
- Əslində, irəlidə belə proseslərin olacağını hər kəs nəzərə almalı idi. İlkin dövrdə ermənilər məcbur olub üç rayonumuzu boşaltdılar. Biz bu rayonlarda məskunlaşdırma prosesini çətin də olsa reallaşdırmalıyıq. Amma bizim imkanımız yoxdur ki, eyni vaxtda bütün əraziləri minalardan təmizləyək. Bu, vaxt aparacaq məsələdir. Ona görə də, bizim prosesə yanaşmamız o cəhətdən doğrudur ki, Rusiyanın özünün də müqaviləyə əməl etməsi istiqamətinə üstünlük veririk. Bu da doğru addımdır. Çünki Rusiya bu məsələ ilə bağlı ermənilərin adından təminat verib. Zəngəzur dəhlizi erməni məsələsi deyil. Bu dəhlizə Rusiya nəzarət etməlidir. Əgər bu dəhliz açılmasa, Rusiyanın missiyası tamamilə uğursuzluğa düçar olar və Azərbaycan Rusiya ilə münasibətlərinə yenidən baxılmasını gündəmə gətirə bilər. Çünki biz Rusiya sülhməramlılarına deməmişik ki, gəlib Laçın dəhlizində ermənilərin təhlükəsiz gediş-gəlişini komfort şəkildə təmin etsinlər. Laçın dəhlizi ilə paralel Zəngəzur dəhlizi məsələsini də qoymuşuq və buna əməl edilməməsi bölgədə üçtərəfli razılaşmadan irəli gələn prosesi dayandıra bilər. Rusiya da bunda maraqlı deyil.
Nəzərə alın ki, Rusiya problemi həll edə bilmədiyini ortaya qoysa, regiona digər ölkələrin müdaxilə imkanları genişlənəcək. Bu halda Fransa, ABŞ və digər ölkələr boy göstərəcək. Rusiya da istəmir ki, burada başqa bir tənzimləyici güc ortaya çıxsın. Odur ki, Rusiyanın bu məsələdə bizimlə üst-üstə düşən maraqları var. Bu maraqların daha çox Rusiya üzərindən təmin olunmasına çalışırıq. Fikrimcə, bu da doğru yanaşmadır. Çünki bizim İrəvanla birbaşa dialoqumuz yoxdur. Ermənistan cəmiyyətində özbaşınalıq, hakimiyyətsizlik hökm sürür. Bu mərhələdə orada kiminsə öz üzərinə məsuliyyət götürməsi çətin məsələdir. Seçkilərdən sonrakı dövrdə Ermənistanda kimsə üzərinə məsuliyyət götürməli və müqavilə şərtlərini həyata keçirməlidir. İndiki erməni iqtidarı üçtərəfli sazişi dövlətin adından imzalayıb. Əgər seçkidən sonrakı mərhələdə qəti addımlar atılmasa, Azərbaycan öz cəza tədbirlərini ortaya qoymalıdır.
- Əgər Rusiya üçtərəfli razılaşmanın əsas təminatçısıdırsa, biz İrəvanın hərəkətlərini Moskvanın qarşısında qaldırmalı və tələbimizi səsləndirməliyikmi?
- Biz elə bunu edirik. Rusiyanı bütün məsələlərlə bağlı məlumatlandırırıq. Bölgədə həm də Türkiyənin kifayət qədər təsir imkanları var. Türkiyə Prezidentinin bölgəyə səfərindən sonra yeni situsiya yaranacaq. Oradan verilən mesajlar da elə-belə mesajlar olmayacaq. Yəni Türkiyənin varlığını müəyyən dərəcədə göstərmək üçün Ərdoğanın səfəri həm də ermənilərə xəbərdarlıq mesajı kimi səslənəcək. Bunu da anlayırlar. Odur ki, bu müqaviləni imzalayan tərəflərlə yanaşı, həm də Türkiyənin mövqeyi önəm daşıyır. Biz hər hansı bir şəkildə Rusiyanın passivlik göstərdiyini, müəyyən dərəcədə ermənipərəst siyasət izlədiyini açıq gördüyümüz halda, Türkiyənin ağırlığının bölgədə artırılmasına üstünlük verəcəyik. Bunu Rusiya da yaxşı bilir.
- Bir neçə gündən sonra Vladimir Putinin və Rəcəb Tayyib Ərdoğanın ayrı-ayrılıqda Co Baydenlə görüşləri baş tutacaq. Bu görüşlərdə bizim regionumuzla bağlı hansısa qərarlar verilə bilərmi?
- Yox, bu olmayacaq. Bəzən bizim politoloqlar və ya politoloji ədəbiyyatla nəzəri cəhətdən məşğul olanlar elə düşünürlər ki, bu, Qarbaçov-Reyqan görüşü kimi yenilik gətirəcək bir proses olacaq. Lakin bu, inandırıcı deyil. Çünki o vaxt ikiqütblü dünya mövcud idi, Moskva və Vaşinqton dünyanın taleyini həll edəcək qərarlar qəbul edə bilirdilər. İndi isə dünyanın taleyini həll edəcək qərarlar Rusiya ilə qəbul edilmir. Rusiyanın təsirləri sözsüz ki, var, amma burada Çin amili də var, eləcə də Avropa Birliyi faktoru mövcuddur.
Təbii ki, Putin-Bayden görüşü əhəmiyyətlidir, burada müəyyən məsələlər müzakirə olunacaq. Amma dünyanın bölüşdürülməsi kimi məsələlər ağlabatan deyil. Burada ola bilsin ki, nüfuz dairələri ilə əlaqəli məsələyə aydınlıq gələcək. Çünki ABŞ-ın Rusiya ilə münasibətlərində Qafqaz mövzusundan da artıq prioritet təşkil edən Ukrayna məsələsidir. Ukrayna məsələsi, əslində, Qərbin və ABŞ-ın nüfuzunun tam darmadağın olduğu məsələdir. Yəni Ukraynanın təhlükəsizliyinə təminat vermişdilər, amma bunu edə bilməyiblər. Digər yandan, indiki halda Rusiya dünyanı bölüşdürəcək gücdə olan ölkə deyil. ABŞ və Çin liderləri arasında bu cür görüşlər keçirilsəydi, belə fikirlər daha çox ağlabatan olardı.