Minlərlə insanın gözünün çıxarılmasına səbəb olan xəstəlik İraqda görüldü

Minlərlə insanın gözünün çıxarılmasına səbəb olan xəstəlik İraqda görüldü İraqda "qara kif" kimi tanınan mukormikoz xəstəliyi qeydə alınıb.
"Bu barədə yerli səhiyyə idarəsinin sözçüsü bildirib.
Ümumilikdə, ölkənin Nasiriya şəhərində xəstəliyə 4 yoluxma və iki ölüm hadisəsi qeydə alınıb. Əlavə olaraq bildirilir ki, xəstələr vaxtında düzgün müalicə olmazsa, ölüm səviyyəsi 94 faizə yüksələ bilər.

Xatırladaq ki, bu xəstəlik koronavirusun yan təsirləri səbəbilə yaranıb və ilk olaraq Hindistanda qeydə alınıb. Hindistanlı həkimlər infeksiyanın beyinə düşməsinin qarşısını almaq üçün minlərlə xəstənin gözünü çıxarıblar.

Oxşar xəbərlər