İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında — FOTO

İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında — FOTO Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib

"Ölkə.Az"ın xəbərinə görə, iqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına Balaxanı Sənaye Parkı barədə məlumat verib.

Dövlət başçısı Balaxanı Sənaye Parkının rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev burada yaradılan sənaye müəssisələri ilə tanış olub.

Daha sonra Azərbaycan Prezidenti Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu ilə tanış olub.

Oxşar xəbərlər