Biz müharibə tərəfdarı deyilik və müharibənin yenidən başlamasını və münaqişənin böyüməsini, alovlanmasını istəmirik. Azərbaycan daimi sülhü dəstəkləyir və bu səbəbdən də real addımlar atmaqdadır. Lakin təəssüflər olsun ki, qarşı tərəf hələ də revanşist fikirlərlə yaşayır və qisas almaq ümidini özlərində saxlayırlar. Bütün bunların fonunda Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı oradan səsləndirdiyi fikirlər çox böyük əhəmiyyət kəsb edir. Ümid edirik ki, Ermənistan tərəfi oradan verilən mesajlardan, cənab Prezidentin dediklərindən nəticə çıxaracaq və öz öhdəliklərini qısa müddətdə yerinə yetirməyə başlayacaqlar.
30 ilə yaxın müddət ərzində sülh yolu ilə həll olunması arzu olunan münaqişənin həll edilməməsinin əsas səbəbləri ikili standartlar, beynəlxalq təşkilatların qarşı tərəfə - Ermənistana lazımi təzyiqləri etməməsi və beynəlxalq hüquqla qəbul olunan qətnamələrin yerinə yetirilməməsi ilə bağlıdır. Ancaq Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ərzində bunu etdi, düşməni, erməni terrorçularını və faşistlərini bu ərazilərdən qova bildi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. İkinci Qarabağ müharibəsində Naxçıvan da fəal iştirak etdi və bütövlükdə ölkə hüdudlarının müdafiə edilməsində mühüm rol oynadı. Vətən müharibəsində Naxçıvanda dislokasiya olunmuş hərbi hissələrin hərbçiləri misilsiz fədakarlıq və şücaət nümayiş etdirdilər. Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış hərbi texnikaların gətirilməsi isə Muxtar Respublikanın müdafiə potensialının möhkəmlənməsi işinə böyük töhfədir.
Ermənistan reallığı gec-tez anlayacaq və onlar Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun nələrə qadir olduğunu dərk edirlər və həmişə də bunu nəzərdə saxlayacaqlar. Düşmənin edəcəyi hansısa bir səhv mütləq ki, yenidən dəmir yumruğun başlarına dəyəcəyini anlamağa onları məcbur edəcək. İstənilən halda, Azərbaycan diktə edən tərəfdir, Ermənistan isə reallıqları dərk etməsə, öz müstqəilliklərini şübhə altına salmış olacaqlar. Ermənistanın tək çıxış yolu Azərbaycan və Türkiyə ilə dostluq əlaqələrini qurmaq və götürdüyü öhdəliklərə uyğun olaraq kommunikasiya xətlərinin bərpası üçün özləri tərəfindən etməli olduğu addımları qısa müddətdə atmaq və region dövlətlərinə qarşı ərazi iddialarından əl çəkməkdir. Bunları edəcəyi təqdirdə, Ermənistan regionda öz inkişaflarını təmin etmiş olacaq, əks təqdirdə isə onlar özlərini təcriddə saxlayacaqlar. Bu isə Ermənistanın məhvinə gətirib çıxara bilər.
Əli Həsənov-Bakı Telefon Rabitəsi MMC-nin 4 saylı Rabitə Xidmətləri Mərkəzinin direktoru