İran dövlət televiziyasında yayımlanan propaqanda videosunda Vaşinqtondakı ABŞ konqresinin binasının raketlərlə vurulduğu əks olunub.
“Ölkə.az” xəbər verir ki, İRİB telekanalında yayımlanan videoda ABŞ-ın paytaxtı Vaşinqtonun hədəf alınması yenidən gərginliyə səbəb olub.
Ölkənin dini lideri Əli Xameneinin xalqa müraciətindən əvvəl yayımlanan videoda əvvəlcə konqres binasının havaya uçduğu görünür. Daha sonra isə iranlı din adamlarının Qüdsə doğru yürüdüyü təsvir olunub.
Sözügedən video dünya mediasında müzakirələrə səbəb olub.
“Daily Mail” qəzetinə danışan ekspert videoda fonda səslənən musiqi haqqında danışıb. O bildirib ki, mahnının sözlərində Konqres binasının İmam Əlinin İnqilab keşikçiləri tərəfindən yıxılan zülm sarayı olmasından bəhs edilir.
Ekspertin sözlərinə görə, daha sonra Qüdsün qurtuluşu xəbəri İrandan gəlir.
ABŞ-ın Pensilvaniya ştatından olan respublikaçı senator Pat Tomey video ilə bağlı ABŞ prezidenti Co Baydenə müraciət edib. O, Bayden hakimiyyətindən Vaşinqtonun Tehrana tətbiq etdiyi sanksiyaları ləğv etmək çağırışlarına müqavimət göstərməyi tələb edib.