Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun əsgər yoldaşını güllələyərək öldürməsi faktı ilə bağlı cinayət işi açılıb.
“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Bildirilir ki, 19 yaşlı Artyom Melkonyanı öldürən hərbi qulluqçu artıq saxlanılıb. Hadisə mayın 4-də cənub istiqamətində yerləşən hərbi hissələrin birində baş verib.
Adı açıqlanmayan əsgərə qarşı Ermənistan Cinayət Məcəlləsinin silah, döyüş sursatı və əşyalara, materiallara və ətrafa daha çox təhlükə yaradan maddələrlə davranış qaydalarını pozma maddəsi üzrə cinayət işi başlanıb.
İlkin istintaq davam etdirilir.