Arif Quliyevin ölüm xəbəri ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Arif Quliyevin ölüm xəbəri ilə bağlı TƏBİB-dən AÇIQLAMA Xalq artisti Arif Quliyevin dünyasını dəyişməsi xəbəri yalandır.
Bunu Trend-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Mərkəzindən (TƏBİB) bildiriblər.

Məlumatda bildirilib ki, koronavirus infeksiyasına yoluxan A.Quliyevin müalicəsi davam etdirilir: "Yayılan məlumatlar həqiqəti əks etdirmir, xalq artisti "Yeni Klinika"da müalicə olunur".

Xatırladaq ki, xalq artisti Arif Quliyevin ölməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Oxşar xəbərlər