“Oğlanlarımdan biri həyatdan vaxtsız köçdü, digəri isə 2-ci qrup əlildir”
Xalq artisti Arif Quliyev bu barədə “Space” telekanalında yayımlanan “Sənətsevər” verilişində ailəsindən danışarkən bildirib.
Aktyorun sözlərinə görə, həyatda olan oğlu Rövşən Quliyev avtomobil qəzası keçirib. “Oğlum mənimlə birlikdə avtomiobil qəzası keçirəndən sonra əlil oldu. Hazırda ikinci qrup əlildir”.
Həyat yoldaşının Hepatit C-dən müalicə olunduğunu deyən Arif Quliyev özünün də bir neçə xəstəlikdən əziyyət çəkdiyini qeyd edib.
Xatırladaq ki, Arif Quliyevin digər oğlu Fərid Quliyev təxminən 17 il öncə qəsdən adam öldürmə maddəsi ilə məhkum olunaraq 14 il müddətinə həbs cəzası almışdı. 11 illik həbsxana həyatından sonra əfv olunan F.Quliyev uzun müddət vərəm xəstəliyindən əziyyət çəkib. Xəstəliyi ağır olduğundan onu xilas etmək mümkün olmayıb. Fərid Quliyev 2012-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.