Ermənistanda vəziyyət yenidən kəskinləşir: Metsamorda Atom Elektrik Stansiyasını əsas gətirməklə mediada Ermənistanın nüvə gücü olduğu barədə çılğın ifadələr yer almağa başlayıb. Belə söhbətlər daha əvvəllər də, məsələn, 2016-cı ilin aprelindəki dörd günlük döyüşlərdən sonra var idi. Ancaq Ermənistan məğlub oldu, keçən ilin payızında isə Qarabağın azadlığı üçün Vətən müharibəsinin yekununda kapitulyasiyanı imzalamaq məcburiyyətində qaldı.
İndi isə “çirkli atom bombası”nın istifadəsi ehtimalı ilə bağlı təhdidlər eşidilir, bütün bunlar qonşu Gürcüstanda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının Ermənistandan radioaktiv maddələr satmağa çalışan qaçaqmalçıları saxladığı xəbərləri fonunda baş verir. Ermənistandan radioaktiv materiallar əvvəllər də Gürcüstanda, həmçinin digər ölkələrdə tapılmışdı. Hətta 2017-ci ildə Ermənistandan Belarusdan tranzit yolla Bolqarıstana yollanan təyyarədə də qaçaqmal tapılması halı olub.
İsrailli analitik, şərqşünas, jurnalist Mixael Borodkin Caliber.Az-a verdiyi müsahibəsində bu vaxta qədər heç kimin “çirkli atom bombası”ndan istifadə etmədiyini qeyd edib.
“Ancaq terrorçuların bu cür silah alması təhlükəsindən tez-tez danışılır”, - deyə o, vurğulayıb.
- Buna nə dərəcədə ciddi yanaşılmalıdır?
- Kimin təhdid etməsindən asılıdır. Marginal insanlar tez-tez belə ritorikaya müraciət edirlər. Ancaq ciddi hökumət səviyyəsində inkişaf etdirilirsə, bu başqa məsələdir.
İsrail və İranı misal gətirə bilərəm. İsrailin İranın nüvə proqramından çox narahat olduğunu bilirsiniz. Dünyanın digər ölkələrində ərazilərimizə və vətəndaşlarımıza vaxtaşırı zərbə vuran terror qrupları da var.
Ancaq (Ermənistan məsələsində - red.) ciddi bir təhlükə yarada biləcək texnologiyaların inkişafı yoxdursa, bu, sadəcə cəfəngiyyatdır. Aydındır ki, hərbi fəaliyyətlər bu yaxınlarda bitib, nəticə göz qabağındadır, hansı tərəfin məğlub olduğu və hansı tərəfin qalib gəldiyi bəllidir. Məğlub olanlar incikdirlər, buna görə çox şey danışa bilərlər.
- Bəs Gürcüstanda növbəti dəfə tapılan Ermənistandan radioaktiv materiallar barədə nə deyə bilərsiniz? Yeri gəlmişkən, əvvəllər başqa ölkələrə də qaçaqmalçılıq cəhdləri barədə məlumatlar var idi.
- Radioaktiv materiallar ticarətində “qara bazar”ın mövcudluğuna dair ciddi dəlillər varsa, bu, çox ciddi məsələdir, yalnız Gürcüstan, Azərbaycan və s. xüsusi xidmət orqanlarının deyil, bütün dünya ictimaiyyətinin diqqətini tələb edir. Axı bu yükün yekunda hara çatdırıldığı məlum deyil.