Milli Təhlükəsizlik Xidməti (MTX) hərəkətə keçdi
Ermənistanda, xüsusilə də paytaxt İrəvanda Azərbaycan məhsulu olan almaların peyda olması ölkədə bomba partlayışı effekti verib. Məsələyə hətta ölkənin xüsusi xidmət orqanları da qarışıb, Milli Təhlükəsizlik Xidməti (MTX) hərəkətə keçib.
İstiPress-in “newsarmenia” saytına istinadən verdiyi məlumata görə, MTX-nin məsələ ilə bağlı yaydığı bəyanatda bildirilir ki, İrəvan bazarlarında aşkarlanan Azərbaycan almaları qeyri-qanuni yollarla ölkəyə gətirilib.
Qeyd olunur ki, almaların İrəvana və digər rayon, şəhərlərin bazarlarına gətirənlərlə bağlı ciddi tədbirlər görüləcək.
“Hüquq-mühafizə orqanlarında çalışan rəsmi şəxslərin də məsələ ilə əlaqəli olub-olmadığı araşdırılacaq”, - deyə MTX-nin bəyanatında bildirilir.
Ermənistanın Kənd Təsərrüfatı Nazirliyi yanında Qida məhsullarının təhlükəsizliyinə nəzarət xidmətinin bazarlarda 3 günlük monitorinqi nəticəsində məlum olub ki, Azərbaycan almaları bazarlarda satılır və əhali tərəfindən sürətlə alınır.
Azərbaycan məhsulunun satılması Ermənistan hökumətini narahat etməyə başlayıb. Belə ki, məhsullar İrəvanda keçirilən yarmarkalara qədər gedib çıxıb.
İrəvanda satılan Azərbaycan almaları
Bundan başqa, məlum olub ki, Azərbaycan almaları 13 rayon və şəhərdə satılır.
“Azərbaycan almalarının Ermənistana necə daxil olduğu bilinmir. Ona görə həmin məhsulların təhlükəsiz olmasından şübhə edirik. Məhsulları bazarlarda görənlər qaynar xəttə zəng vursun”, - deyə Kənd Təsərrufatı Nazirliyinin məlumatında qeyd olunur.