Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Ordumuz Vətən müharibəsini möhtəşəm Qələbə ilə yekunlaşdırdı. 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirdi. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” şüarı, qələbəyə səsləyən lider çağırışı kimi xalqımızın müqəddəs torpaqlarımız uğrunda savaşının ideya qayəsinə çevrildi. Xalqımızın, cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik, hər kəsin bir nəfər kimi ölkə Prezidentinin ətrafinda sıx birləşərək böyük qələbəni reallığa çevirməsi bütün dünyada qüdrətli Azərbaycanın özünütəsdiqi kimi qəbul edildi. Qürurla qeyd etmək olar ki, uzun illərdir işğal altında olan torpaqlarımızın düşmən işğalından azad edilməsi tariximizin ən parlaq səhifələrindəndir.
Vətən müharibəsində qazanılmış Qələbədən sonra dövlətimizin qarşısında duran əsas məsələlərdən biri də şəhid ailələri və qazilərin qayğılarının diqqət mərkəzində saxlanmasıdır. Hazırda Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin problemlərinin dərhal həll edilməsi, onların məişət şəraitinin daha da yaxşılaşdırılması üçün lazımi tədbirlər görülür. Şəhid ailələri və qazilərin qayğıları daim Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Şübhəsiz ki, bu sahədə görülən işlərdən biri də Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanına əsasən şəhid ailələrinin və qazilərin qayğıları ilə bağlı işlərin daha səmərəli və çevik aparılması məqsədilə yaradılmış “YAŞAT” Fondunu xüsusi qeyd etmək lazımdır. Fondun fəaliyyəti qazilərimizin xarici ölkələrdə müalicələrinin təşkili, eyni zamanda, şəhid ailələrinin və qazilərimizin məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə işlərin görülməsini özündə ehtiva edir. Çox mütərəqqi addımlardan biri olan “Yaşat” Fonduna həm ölkə daxilindən, həm də xarici ölkələrdən ianələr edilməsi bu qurumun maddi resurslarının genişlənməsinə istiqamətlənmişdir. Fond da öz fəaliyyətində şəffaflığı rəhbər tutmaqla, cəmiyyətə açıq hesabatları təqdim etməklə bu nəcib təşəbbüsün davam etdirilməsini hədəfləyir. Fondun təşəbbüsü ilə şəhid ailələri və qazilərlə görüşlər keçirilir, onların ehtiyacları müəyyən edilir və mövcud problemlərin həlli istiqamətində müvafiq addımlar atılır.
Həmçinin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda yaralananların və şəhid ailələrinin sosial təminatına dəstək məqsədilə "YAŞAT" Fondunun yaradılması sadəcə belə ailələrin sosial problemlərinin həll edilməsi deyil, həm də cəmiyyətimizdə yardımlaşma və dayanışma ruhunun möhkəmlənməsinə mühüm töhfə verilməsidir. Azərbaycanda şəhid və qazi ailələrinə dövlət tərəfindən hər cür yardım edilir və dövlətimizin sosial siyasətinin mərkəzində duran ən əsas məsələlərdən biri də məhz bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkil olumasıdır. Belə ki, qısa müddət ərzində 2881 şəhid ailəsinin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Hazırda öhdəliyə götürülmüş
şəxslərin sayı 5554 nəfərdir. Eyni zamanda “YAŞAT” Fondu Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün humanist layihə həyata keçirir. Layihə çərçivəsində şəhidlərimizin yeni doğulacaq körpələrinin analarına zəruri xərclərin qarşılanması məqsədilə 1000 AZN pul müavinəti təqdim olunacaq. Şəhidimizin yeni doğulacaq övladının adına isə bankda depozit hesabı açılır və həmin hesaba Fonda edilən ianələr hesabına toplanmış məbləğdən 5000 manat köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək. Bütövlükdə, Fondun yaradılması Prezident İlham Əliyevin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir.
Eyni zamanda, dövlət tərəfindən atılmış ən mühüm addımlardan biri şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı üzrə təşəbbüslərin yerli icra hakimiyyəti orqanlarını da əhatə etməsidir. Sosial siyasətin institutlaşdırılması dövlətin mövcud istiqamətdəki prinsipiallığını nümayiş etdirir. Bu nöqteyi-nəzərdən Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 yanvar tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin nəzərdə tutulması ölkəmizdə sosial siyasətin şaxələnməsi və institutlaşdırılması istiqamətində atılan önəmli addımdır. Belə ki, dövlətin müvafiq xidmətlərindən faydalanmaq imkanlarını artırır.
Eləcə də Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin ediblər. Bununla yanaşı Vətən müharibəsi iştirakçılarının qayğılarının diqqət mərkəzində saxlanması məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 30 yanvar tarixli Qərarına əsasən, Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə də xüsusi komissiya yaradılaraq fəaliyyətə başlamışdır. Bu, dövlət xidmətlərinin əlçatanlığı Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin problemlərinin qısa müddət ərzində həllinə xidmət edir.
Qeyd etmək lazımdır ki, bu gün şəhid ailələrinin və qazilərimizin qayğılarının diqqətdə saxlanması ilə yanaşı, dövlət siyasətimizin əsas prioritetlərindən biri də Qarabağın tez bir zamanda bərpa edilməsidir. Sözsüz ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə işğaldan azad olmuş ərazilərimizin dirçəldilməsi məqsədilə yaradılmış Qarabağ Dirçəliş Fondu dövlətimizin bir digər mühüm strateji addımlarından biridir. Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərimizin tamamilə yenidən qurulmasında, müasir şəhər, qəsəbə və kəndlər tikməklə bölgəyə dinc, təhlükəsiz, rahat həyat gətirilməsində, məcburi köçkünlərimizin daimi yaşayış yerlərinə qayıtmasında mühüm rol oynayacaq. Fondun fəaliyyəti işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə yanaşı, Qarabağın güclü iqtisadiyyata malik regiona çevrilməsi istiqamətində də dəstək göstərəcək, habelə xarici ölkələrdən investisiyaların cəlbinə şərait yaradacaq. Eyni zamanda, otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq.
Beləliklə, görülülənlər onu deməyə əsas verir ki, şəhid ailələrinin və qazilərin qayğıları bundan sonra da daim diqqət mərkəzində saxlanılacaqdır. Qazi və şəhid ailələrinə yardımların göstərilməsi dövlətimizin sosial siyasətinin prioritet istiqaməti olaraq qalmaqda davam edəcəkdir.
Kazımova Aygün Elbrus qızı
Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri, YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin və CASCFEN İB-nin İdarə heyətinin üzvü